Yuxuda Ovuc İçi Görmək

Yuxuda Ovuc İçi Görmək Yozması Nədir?

Yuxuda ovuc içində qıl görmək əldən çıxacaq dünya malına yozulur. Yuxuda bağlı ovuclar dolanmağa və dolanışıq problemlərinə, açıq ovuclar rahat yaşamaq və alicənablığa yozulur. Ovucları göyə qaldırmaq faydalı işə yozulur. Kiçik ovuclar zəif xasiyyətə, ovuc içində görülən gözəllik duanın qəbuluna, o adamın özünə və başqalarına gələcək neməti bildirir. Ovucunun bağlı olduğunu görən o adamın xəsis olmasına, xeyri az olmasina dəlalət edir. Kirmani dedi: Yuxuda ovuc içi görmək gözəl və təmiz olsa bu yuxu xeyrə yozulur. Bəzilərinə görə yuxuda ovuc içi görmək günahlardan uzaqlaşmaq deməkdir.

Yuxuda ovuc içi görmək, yuxu görnənin gücünə yozulu. Ovucun açıq olması ruzinizin bolluğuna, bağlı olması isə güzəranının darlığına dəlalət edir. Ovucunuzda qıl çıxdığını görmək yuxu görənin başına gələcək qəm və borcdan xəbər verir. Bəzi tərcüməçilər bu yuxunu həmin şəxsin maddi itkisi kimi yozmuşlar. Kim ovucunu göyə açdığını görsə, əgər dövlət idarəsində işləyirsə, dərəcəsi yüksələr. Yuxuda ovucunuzun kiçik və incə olduğunu görmək yuxu görənin qorxaq və zəif xasiyyətli olduğuna işarə edir. Ovucunuzun açıq və gözəl olduğunu görmək yuxu sahibinin ruzisinin bolluğuna və səxavətinə işarə edir.

Yuxuda ovuclarınızı bir-birinə sürtdüyünüzü görmək iki mənaya yozulur:

  • təravət və sevinc,
  • faydasız bir şeylə məşğul olmaq.

Yuxuda Ovuc Görmək Nə Deməkdir?

Yuxuda əlinizin arxası ilə əlinizin içinə vurduğunuzu görmək müsibətə dəlalət edir.

Cafer i Sadiq (r.a) buyurdu ki; Yuxuda ovuc içi görmək altı şey deməkdir:

  1. içki və keyf,
  2. mülk,
  3. övlad,
  4. başçılıq,
  5. qəhrəmanlıq,
  6. haramdan uzaq durmaq.

Ovuc içində az vəya çox təmizlik və kir bu altı şeylə müqayisə edilərək yozulur. İbn Kəsir belə deyir: Yuxuda ovucunun geniş olduğunu görən adamın ruzisi bol olar. Malı və pulu artar. O, var-dövləti ilə yanaşı, cömərdliyi ilə də məşhur olar. Ovucun dar olduğunu görmək bunun əksi ilə yozulur. Əgər insan ovcunda dəstəmazını batil edən bir şey görsə, bu, həmin şəxsin gücünə və dünyalığına dəlalət edir. Ovuc insanın dünyasından və işlərindən əl çəkməsinə işarə edir. Odur ki, əgər insan yuxuda ovuc görsə və dəhşətli vəziyyətdə olarsa, o insan ondan çəkinər. Ovucun gözəl olması onun sahibinin şərdən, Allaha (C.C.) üsyandan uzaq olmasına və sədəqə almaqdan çəkinməsinə dəlalət edir. Bəzən ovucun gözəlliyi duanın qəbul olmasına dəlalət edir. Bəzi təfsirçilər, ovucun ruzi, mal, başçılıq, övlad, igidlik, haramdan çəkinmək kimi altı şeyə işarədir.

Yuxuda Ovuc Görmək Nə Mənaya Gəlir?

Ovucun təmiz olması faydalı və sərfəli işlərlə məşğul olmaq deməkdir. Yuxuda Əl çalmaq gözəl vaxt keçirmək və xoşbəxtlik əlamətidir. Yuxuda ovuc açmaq uğurdur. Açılan ovuc təmiz və parlaq olarsa, arzular və diləklər tez qəbul olar. Yuxuda ovuc içi görmək yuxu görənin gücünə, əlinin açıqlığına, dünya həyatının genişliyinə və ruzisinin bolluğuna işarədir. Ovucunuzu göyə açdığınızı görmək mənfəət və xeyirə işarədir. Ovucun bağlı olması xəsislik kimi yozulur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir