Yuxuda Palçıq (Lil) Görmək

Yuxuda Palçıq (Lil), lil içində batmaq görmək yozması nədir?

Yuxuda Palçıq (Lil), lil içində batmaq görmək yozması nədir?

Yuxuda isti qara Palçıq (Lil) görmək ruziyə, yoxsulluqdan qurtulmağa və başqa yaxşılıqlara yozulur. Subay üçün qaynar Palçıq (Lil) görmək, evlənmək deməkdir. Əgər xəstə bu lili görsə, bu onun sağalmasına işarədir. Cəfər-i Sadiqə görə: Soyuq iqlimdə Palçıq (Lil) görmək, isti iqlimdə görməkdən daha pisdir. Cabirul-Məğribi dedi: Yuxuda Palçıq (Lil) görmək belə yozulur:

  • Ağ və yaşıl palçıq, halal mala,
  • Sarı palçıq, xəstəliyə,
  • Qırmızı palçıq, çalğı və oyuna,
  • Qara palçıq kədər və hüznü bildirir.

Yuxuda Palçıq Yemək

Yuxusunda bişmiş Palçıq (Lil) yediyini görən hamının qeybətini edər. Pişməmiş palçıq yeyən ailəsinə və övladına mal yığar. Əlində biraz palçıq olduğunu görən və onu yeyən pul qazanar. Yuxuda Palçıqda Gəzmək Kirmani deyir: Əgər xəstə yuxusunda palçıqda gəzdiyini görsə, xəstəliyin uzanacağına, qəmli olsa, qəm və kədərinin artacağına dəlalət edir. Yuxuda palçıq ilə suvamaq, Evini palçıqla suvandığını görən problemə düşər. Əbu Said Əl Vaizə görə; bina tikintisində istifadə edilən palçıq görmək dinə, mal-mülkə və bərəkətə yozulur.

Bəziləri deyir; Palçıq görmək xəstəliyə, başqa bir rəvayətə görə yuxuda palçıqdan kərpic, çiy kərpic düzəltdiyinizi görmək qohum-əqrabanın çoxluöundan xəbər verir. Yuxuda Palçığa Batmaq palçıqda və ya bataqlıqda gəzdiyini görən adam kədərlənər. Palçığa basdırılıb boğulmadığını görən adam elə bir bəlaya düçar olar ki, bir daha qurtula bilməz. Yuxuda palçıq yoğurmaq; Yuxuda palçıq (lil) yoğurub ondan kərpic hazırladığını görməkdə xeyir yoxdur. Bir rəvayətə görə, mübahisə və düşmənçiliyə işarədir. Yuxuda palçıq yoğurduğunuzu və ya çiy kərpic hazırladığınızı görmək yaxşı əlamət deyil. Yuxuda palçıqdan qurtulmaq; Palçıqdan (lildən) çıxdığını görən bəladan qurtular, rahatlıq tapar. Kirmaniyə görə; yuxusunda palçıq içində gəzdiyini görən xəstədirsə, onun xəstəliyi uzanar, qəmgin olsa, qəmi artar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir