NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda əsas prospekt (küçə) görmək, doğruluğa yozulur. Yuxuda böyük prospektdə getdiyinizi görmək doğru yolda olduğunuza işarədir. Yuxuda prospektdə yerimək, problemlərin öhdəsindən gələrək xoşbəxt olacağınıza yozulur. Yuxuda prospektdən çıxmaq, düşdüyünüz çətin vəziyyətlərdən çıxmaq deməkdir. Yuxuda prospektdə getdiyinizi görmək ruzi üçün çalışmaq və səy göstərmək deməkdir. Hərəkətli prospektdə yeridiyinizi görmək doğru yolda olduğunuza və hamının sizi yaxşı insan kimi tanıdığına işarədir. Prospektdə yeriyən zaman çıxılmaz küçəyə döndüyünüzü görmək, bəzi dolambac işlər görməyi düşündüyünüzə, geri qayıtdığınızı görmək fikrinizi həyata keçirə bilməyəcəyinizə işarə edir. Prospektdə gedərkən bir dostunuzla qarşılaşmaq və onunla bərabər qol-qola getdiyinizi görmək, iş və ya ticarət məqsədi ilə kiminləsə ortaq olacağınıza işarədir. Prospektdə tanımadığınız biri ilə hər hansı bir iş üçün mübahisə etdiyinizi görmək, qısa müddətli xəstəlik keçirməyə və bir müddət işinizi davam etdirə bilməməyə yozulur.
İbn Sirinə görə; Yuxuda prospekt görmək dürüstlüklə yozulur. Yuxuda geniş bir prospektlə yeridiyinizi görmək, həmkarlarınız arasında yaxşı və cəsur bir insan kimi tanındığınıza işarədir. Prospektdə itdiyinizi görmək, bir işlə əlaqədar problemə düşəcəyinizə işarədir. Prospektdə yeriyəndə prospektin birdən daraldığını və kiçik bir küçəyə çevrildiyini görmək ömür qısalığına işarədir deyiblər. Yeridiyiniz prospektin birdən-birə lazım olduğundan artıq işıqlandığını görmək ibadət və zəkatının Allah (c.c.) dərgahında məqbul olduğuna dəlalət edir. Başqa bir rəvayətə görə: Yuxuda prospekt görmək doğruluğa yozulur. Prospektdə yeridiyinizi görmək doğru yolda olduğunuzu göstərir.
Yuxuda prospektlərin sulandığını görmək, prospektləri təmizləmək, prospektləri süpürmək bolluğa, bərəkətə, genişliyə işarə edir. İzdihamlı, çoxlu insan olan küçə təmiz həyat və yaxşı dolanışıq deməkdir. Yuxuda görülən prospektlər bəzi peşələrə və yollara işarədir. Yuxuda prospektdə gəzən birini görmək xeyir və yaxşılıq edən, şər və pislikdən çəkinən, insanları çəkindirən birinə işarə edir. Bəzən yuxuda prospektdə yeridiyinizi görmək oğlan uşağı kimi yozulur. Prospektdə kiminsə qışqırdığını görmək ilin məhsuldar olacağına işarədir.