NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda pul kisəsi tapmaq sirrə və gizli vəziyyətlərə işarə edir. Pul kisəsi tapmaq böyük maddi və ya mənəvi qazanca işarədir. Pulqabı tapmaq maddi və ya mənəvi qazanc əldə edəcəyinizi göstərir. Pulla dolu bir cüzdan (kaşlok) tapmaq, artan şans dövrünə işarədir. Cüzdanınızı itirdiyinizi görmüsünüzsə, bu, yaxın dostunuzla mübahisə edəcəyinizə yozulur. Köhnə, işlənmiş pul kisəsi yaxşı bir iş və gəlirdir.
Yeni pul kisəsi qismət qapısıdır. Yuxuda pulunuzun olmadığını görmək, gözlənilməz bir yerdən pul alacağınıza işarədir. Yolda pul kisəsi tapandığını görən qiymətli bir şeyini itirər. Başqa bir rəvayətə görə: Yuxuda görülən pul kisəsi sirrə işarədir. Odur ki, bir insan yuxuda kiməsə boş pul kisəsi əmanət etsə, ona sirr olan bir söz deyər və onun açıqlanmamasını (ifşa edilməməsini) söyləyər.