NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda qışqırıb bağırmaq mühüm bir məsələyə şahidlik etmək, ictimai vəziyyətdən və ya istehzadan xəbərdar olmaq və ya yaz fəslini dərk etməkdir. Yuxuda camaata bağırmaq mal-dövləət əldə etməyə yozulur. Fəryad etmək sevinc və rahatlığa, qorxulu şeydən xilas olmağa işarədir. Yuxuda boş yerə qışqıran adam hay-küy salıb boş sözlər danışan adama yozulur. Haqq və doğru sözlə qışqıran adam insanlara yol göstərən şəxsə işarə edir. Yardım üçün qışqırdığınızı görmək başınıza təhlükəli bir şeyin gələcəyinə işarə edir. Kim yuxusunda qışqırsa, xoş xəbər, məktub alar. Ağrıdan qışqıran narahatlığından qurtular, sevinər.
Qışqırmaq və ya qışqırdığını eşitmək həm kədərə, həm sevincə, həm də səbrə işarə edir. Bir şəxs naməlum yerdən qışqırdığını və ona cavab verildiyini görsə, digər tərəfdən ağlama ilə qarışıq səs eşitmək rahatlıq və səadətə işarədir. Kirmaniyə görə: Yaşlı və libaslı bir kişinin küçədə ağlına gələn sözləri qışqırdığını görmək o ildə bolluq və bərəkətə, eləcə də ticarətdə xeyir işlərdə qazanmağa işarədir. Əgər qışqıran adam mənasız və qorxulu sözlər deyibsə, yuxu görən adamı bir nəfər aldadacaq və ya zərər görəcək. Satılacaq mülk üçün qışqıran fəryadçı görmək yalan xəbərlərin eşidiləcəyinə işarədir. Başqa bir rəvayətə görə: Yuxuda qışqırmaq, yuxu görənin sevdiyi və ya sevdiklərindən ayrıldığına işarə edir. Yuxuda kiməsə qışqırdığınızı görmək həm də özünüzü təhlükəyə atacağınıza işarədir.
Yuxuda boş yerə bağırıb çağıran kişi görmək yalan və yalan sözlərə işarə edir. Bəzən bu yuxu doğru ilə batili ayırd edən müdrik və dərrakəli insana işarə edir. Yuxuda kiməsə qışqırdığınızı görmək, özünüzü təhlükəyə atacağınıza işarədir. Yuxuda qışqırdığını görmək çox danışmaq kimi də yozulur. Küçədə qoca birinin qışqırdığını görmək ilin bərəkətli olacağına işarədir. Satılacaq mal üçün qışqıran bir fəryadçı görmək yalan xəbərə işarədir.