NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Qızıl tapmaq zərər etməyə, kədər və qəmə yozulur. Yuxuda köhnə sikkələr Sevinc və məmuriyətə işarədir. Yuxuda Qadının qızıldan hazırlanmış zinət əşyaları taxması sevinc və özünə inama yozulur. Yuxuda möhürlənmiş, işlənmiş qızılı olmaq, dəyərli adama, ev almağa işarədir. Yuxuda beş qızıl görmək beş vaxt namaza işarədir. Yuxuda Qızıl pul adamda olan əmanətə yozulur. Yuxuda Qızıl bilərzik taxmaq ələ keçəcək mirasa, qadın üçün evlənməyə dəlalət edir. Bəzən yuxuda qızıl xoş niyyət, səmimiyyət, inanılacaq vəd və yaxşı sövdələşmələr deməkdir.
Qızılı döyən və ya onu başqa metallardan ayıran, haqq və batili, xeyirlə şəri, bir birindən ayıran adama və ya ədalətli hakimə yozulur. Yuxuda Qızıl və gümüş qırıntılarını görmək faydalı bilik, uyğun həyat yoldaşı, yaxşı övlad və dəyərli dost kimi yozulur.Yuxuda qızıldan hazırlanmış əşyalar gözəlliyə yozulur. Yuxuda qızıl qabdan yemək və ya su içmək kədər və qəmə yozulur. Qızıl boyunbağı kişi üçün mühüm vəzifə, şərəf və reputasiya, qadın üçün evliliyə yozulur. Bəzən yuxuda boyunbağı həccə getməyə yozulur. Yuxuda Qızıl sırğalar qadınlar üçün gözəlliyə, kişilər üçün musiqi və s. dinləməyə yozulur.
Yuxuda qızıl görmək pis iş və borca işarə edir. Bəzi təfsirçilər qızılın kədər və qəm olduğunu deyiblər. Kim yuxuda qızılı külçə etdiyini görsə, pislik və məhvə düçar olar. Yuxuda Evinin qızıldan olduğunu görsə, o ev yanar. Yuxuda hər iki əlinin qızıl olduğunu görsə, işsiz qalar, işləyə bilməz. Müşahidənin qızıl olduğunu görənlərin gözü kor olar. Bir şəxs yuxuda qızıl külçəyə rast gəldiyini görsə, ondan bir şey gedər. Kim yuxuda görsə ki, qızıl əridir, çirkin bir məsələdə düşmənçilik edər, xalqın dilində şöhrət tapar. Hər kim yuxuda ona böyük bir qızıl parçası verildiyini görsə böyük bir lütf və dərəcə qazanar.
Bəzi təfsirçilər yuxuda qızıl görmək rahatlıq, ruzi, saleh əmələ, kədər və qəmin getməsinə, həyat yoldaşına, uşağa, elmə, hidayətə, qızıldan hazırlanmış bəzək əşyalarına, qiymətli paltarlardan baş örtüsü kimi yozulur. Yuxuda Xalis qızıl və gümüşdən olan şey ixlas, xalis niyyət və əhd və möhkəm sözə dəlalət edir. Yuxuda Qızıl və ya gümüşlə zərlənmiş şey ömrün qısalığına, işlərin sarsıntısına dəlalət edir. Yuxuda Başqasına qızıl vermək şərəfinizin artacağına yozulur. Yuxuda qızıl saymaq isə çox qısa bir xəstəliyin asanlıqla öhdəsindən gələcəyinə işarədir.
Yuxuda qızıl bilərzik taxan birini görmək alacağı mirasa yozulur. Yuxuda qızıldan bir şey geyindiyini görmək; Özünə bərabər olmayan biri ilə evlənərək qohum olacağına yozulur. Bir şəxs yuxuda qızıl mədən tapdığını, mədəndə işlədiyini, şərik olduğunu, qızıl sikkə tapdığını və qızıl qablarda yediyini görsə; Otuz yaşına çatmamış kişi üçün sərvət qazanmaq üçün yaxşı fürsət olacağına yozulur. Otuzdan yuxarı yaşı olan kişi üçün isə; İşinə, hərəkətinə, sözünə diqqət yetirməli olduğuna dəlalət edir. Yenə kim yuxuda hər iki gözünü qızıl olduöunu görərsə; verilən qərarın doğru olduğuna işarədir. Yuxuda qızıl zərgərlik taktikasını görmək; sərvətinin artacağına və peşəsində yüksələcəyinə yozulur. Yuxuda başqasına qızıl verdiyini görmək; şərəf, şöhrət, nüfuz və şansların açıqlığna yozulur.
Qızıl xəzinəsi görmək istədiyi qədər uşaq sahibi olmaq və xoşbəxt olmağa işarədir. Başqasından qızıl aldığını görmək; məşhur bir şəxsdən gözlənilməz maddi və mənəvi yardım alacağına yozulur. Bir çanta qızıl görmək; bəzi yeni işlərin ortaya çıxacağına dəlalət edir. Qızıl zəncir görmək; Xoş xəbər alacağına yozulur. Hər iki əlin qızıl olduğunu görmək; işsiz olacağına və işləməyəcəyinə yozulur. Üzərində qızıldan, gümüşdən və ya ləl-cəvahiratdan hazırlanmış boyunbağının olduğunu görmək; bir vilayətin qubernatoru olacağına işarədir. Yuxuda xalis qızıl və gümüşdən bir şey görmək; Səmimiyyətə, saf niyyətə, razılığa və möhkəm sözə işarədir. Qızıl və ya gümüşlə zərlənmiş əşya görmək; Ömrün qısalması, işlərin pisləşməsi və unutqanlıq kimi yozulur.