NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Qızılquş Görmək ləyaqət, nüfuz, düşmən üzərində qələbə, arzu və istəklərə çatmaq, övlad, həyat yoldaşı, məmləkət, gözəl mallar deməkdir. Bu yuxu sağlamlığa, qəm və kədərdən qurtulmağa, gözlərin sağlamlığına və çoxlu səfərlərə işarədir. Qızılquş quşları ov səbəbiylə ölüm əlamətidir. Qızılquş həbsə girməyə, yemək və içki əksikliyinə dəlalət edir. Qızılquşun onu tərk etdiyini görən hər kəs nüfuzunu itirər. Bir adam görsə ki, ov üçün şahin alıb, qulluğunda kiminsə olduğunu və mal gətirmək üçün sağa-sola adam göndərməsinə işarədir. Bəzi tərcüməçilər qızılquşların ölümünü qəddar insanların məhvi kimi yozmuşlar.
Qızılquşların bir yerə getdiyini görmək, orada qızılquşların sayı qədər oğru və soyğunçuların olacağına işarədir. Qızılquş, yüksək rütbəli, despotizmlə yanaşı, nüfuz sahibi olan birinə işarədir. Şahinin adama tabe olub (itaət edib) çağrıldığı yerə gəlməsi idarəçi ilə dostluğa işarədir. Şahin oğlan övladına, onun kəsilməsi və ya ölümü isə idaərçi və ya zalım birinin ölümünə işarədir. Onun ətini yemək dövlətdən gələcək sərvətdən xəbər verir. Haradasa görünən şahinlər oğru və cibgirlər dəstəsinə işarədir. Şahin quşu (qızılquş) bəzən düşmən üzərində qələbəyə, var-dövlətə, pula, qəm və qəmdən qurtulmağa işarə edir.