NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda şorba içmək görmək, rahat və ahəngdar bir həyatınızın olacağına yozulur. Şorba içmək maaşınızın artacağına, öz işinizlə məşğul olursunuzsa, işinizin böyüyəcəyinə işarə edir. Şorba görmək həyata, dolanışığa, sənət və ruziyə işarədir. Yuxuda kasa və ya dolu şorba görmək yuxu görənin güzəranının və dünyasının rahatlığına və genişliyinə işarə edir. Yuxuda qabda şorba olduğunu görmək xeyir və bərəkətə işarə edir. Şorba içmək ruzi və fayda nişanəsidir. Yuxuda şorbanı içərkən üstünüzə tökdüyünüzü görmək, işlərin dağılacağına, qəm-qüssələrin gələcəyinə işarədir. Yuxuda qazanda şorba, ət kimi şeylər görmək mübahisəsiz, düşmənçiliksiz şərafətli ruziyə işarədir.