NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
NomreBir.Com
Dunyanın
-- Bir numaralı sitesi
Yuxuda şüşə görmək məntiqinizlə hisslərinizdəki inkişafın artacağına işarə edir. Şüşənin qırıldığını görmək kiçik çətinliklərə işarə edir. Sınmış (qırılmış) şüşə görmək əhəmiyyətsiz problemlərə işarədir. Şüşəni özünün sındırması həyatında çox mühüm dönüş nöqtəsində olduğunu göstərir. Şüşə parçasının içindən baxmaq iş həyatında böyük xəyal qırıqlığı və uğursuzluq kimi şərh olunur. Şüşə satmaq həyatındakı nizamın pozulması ilə problemli günlərin yaşanmasına işarədir. Sınıq şüşə həyat yoldaşlarından birinin sıxıntısını göstərir. Şüşə görmək həmişə xeyrə yozulur. Uğur, sevinc, bəxt, xoşbəxtlik, murat kimi yozulur. Sulu yam-yaşıl şüşə xoşbəxtlik saatının gəldiyini xəbər verir.
Yuxuda görülən şüşənin azı və çoxu müvəqqəti bir kədərdir. Çünki şüşə tez qırılır. Bir insan yuxuda qabda və ya qapaqda şüşə görsə, kədərinin ona asan gələcəyinə dəlalət edir. Yuxuda şüşə görən şəxsin gizli və qapalı bir şeyi varsa, onun üçün açılacağına və aşkara çıxacağına dəlalət edir. Çünki şüşə heç nəyi örtmür. Halbuki yaşıl, qırmızı, sarı, sədəf və bu kimi şeylərdən hazırlanmış şüşələr var-dövlətə, uşaq-qadına işarə edir.
Yuxuda şüşə görmək bəzən görülən şüşənin rənginə görə yozulur. Bir şəxs evinin pəncərələrinin saraldığını görsə, o evdə xəstəlik olacağına yozulur. Qara şüşə sıxıntıya işarə edir. Pəncərələr günəş işığı ilə parlayırsa, bu, evin xoşbəxt həyat sürəcəyinə işarə sayılır. Şüşədən müalicə və təbabətdə istifadə olunan şey alimlərə vəfilosoflara işarədir. Bir şəxs yuxuda sədəf üçün zinət əşyası, şüşə və ya mirvari satarsa, dünyanı axirətdən üstün tutacağına və ya dinindən dönməsinə dəlalət edir. Bu yuxunun əksi təfsirin əksinədir.
Yuxuda şüşə görmək parlaq gələcəyə işarədir. Bu, həm də müvəqqəti bir kədərə işarə edir. Bəzən yalan danışmaq və ya mal-mülk sahibi olmaq kimi yozulur. Bəzən evin xanımı kimi yozulur. Bəzən evin övladına və ya peşmanlığa işarət hesab olunur. Yuxuda şüşə qabı sındırdığını görsə, bu, yuxu görənin ailə üzvlərindən birini üzməsinə (narahat etməsinə) dəlalət edir. Yaxud kədərə səbəb olacaq bir hadisə ilə qarşılaşacağına yozulur.