NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Bir adamın bir işdə tələsməsini görmək, yaxşı yozulmayıb. Çünki tələsmək şeytandandır. Bununla əlaqədar olaraq, Hz. Peyğəmbər (s.a.v) buyurur: “Tələsmək şeytandandır, Düşünərək hərəkət etmək Allahdandır.” [(Tirmizî, Birr, 66 (2013)]. Lakin burada xoş qarşılanmayan tələsmək dünya işləri üçün nəzərdə tutulub. Axirət işlərində və bəzi məsələlərdə tələsmək lazımdır. Bununla əlaqədar olaraq, Hz. Peyğəmbər (s.a.v) buyurur: “Tələsməmək axirətlə bağlı olanlardan başqa hər bir işdə yaxşıdır”(Əbu Dâvud, Edeb 1, (4810). İbn Sirinin təfsirinə görə: Yuxuda tələsmək (tələsdiyini) görmək yaxşı deyil. Bu, peşmanlığa işarətdir.. Yuxuda düşünüb tələsmədiyini görmək, hər işdə tələskənliyin əksi ilə yozulur.
Yuxuda bir işin tez tələsik bitməsini arzulamaq, etməli olduğunuz bir işi başa çatdıra bilməyəcəyinizə, yerinə yetirilməsi lazım olan işi vaxtında bitirə bilməyəcəyinizə işarədir. Yuxuda görüşə tələsdiyinizi görmək, çoxlu maneələrlə qarşılaşacağınıza və çatmaq istədiyiniz məqsədə çata bilməyəcəyiniz ilə yozulur. Yuxuda yolda tələsik getdiyinizi görmək; düşündüyünüz işin gec baş verəcəyinə yozulur. Tələsik getdiyiniz yerdə nəqliyyat vasitəsini qaçırdığınızı görmək, qarşınıza çıxan fürsəti əldən verəcəyinizə işarədir.
Nablusi: Yuxuda edilən tələsiklik, peşmanlıq tələsikliyini göstərdiyi kimi – peşmanlığıda göstərir. Kim yuxuda bir işə tələsdiyini görsə peşman olar. Seyyid Süleyman: Bu yuxu yaxşı deyil. Çünki şeytan tələsik hərəkət edir və fitnə-fəsad törədir. Kim tələsdiyini görsə, xəta edər. Kirmani: Kim yuxusunda tələsmədiyini və ehtiyatlı davrandığını görsə, məqsədinə salamat çatar. O, heç bir işində səhvə yol verməz. Bəziləri demişlər: Dini məsələlərdə sizi tələsik görmək çox xoşdur.
Yuxuda evlənməyə tələsmək də xeyirə yozulur. Bundan başqa, yuxuda səni dünya işlərində tələsik görmək yaxşı deyil. İbn Sirin deyir: Yuxuda tələsmək peşman olmağa dəlalət edir. Cabir əl-Məqribiyə görə tələsmək yuxusu ehtiyatlı, yavaş və tədbirli davranmaq, tələsmək ilə yozulur. Yuxuda Ehtiyatlı və yavaş hərəkət etmək; tələskənliyin əksi ilə şərh olunur. Dini məsələlərdə yavaş hərəkət etmək düzgün deyil.