NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Xəsis (Ac Göz) Görmək – Hər cür dünya nemətlərinə həris olanı görmək, insanın həris olduğuna yozulur. Bu yuxu arzuladığı şeylərə həddindən artıq səbirsizlik göstərməsinə dəlalət edir.
Yuxuda acgöz birisi ilə rastlaşdığınızı və ya özünüzün acgöz olduğunuzu görmək; Qazancınıza güvənməkdənsə, daha böyük işlərin arxasınca qaçaraq pul qazanmaq istəyinizə yozulur. Bu yuxu həmçinin hər hansı istəkləriniz üçün bəzi qeyri-qanuni yollara əl atacağınıza və nəticədə pis vəziyyətlərlə qarşılaşacağınıza işarədir.
Başqa bir şərhdə; xəsis bir insanı yuxuda görmək və ya özünüzün acgöz olduğunuzu görmək; Kiçik bir narahatlıq yaşayacağınıza yozulur. Bu bir müddət sizi sarsıdan kədər və üzüntüdən qurtula bilməyəcəyinizə işarədir.