NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Bu məqaləmizdə 20 Yanvar Haqqinda Seir və Şəkilləri təqdim edəcəyik. Siz saytımızdan tam pulsuz olaraq şeirləri oxuyub və paylaşa bilərsiniz.
Tarixə “Qanlı Yanvar” adı ilə düşmüş qətliamın acısı 34 il keçməsinə baxmayaraq bütün Azərbaycanlıların qəlbində hələdə təzədir. Azərbaycanda qəhrəmanlıq dastanı kimi yadda qalan Qanlı Yanvar hadisələri həm də 70 illik sovet əsarətindən sonra müstəqilliyin əldə edilməsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. 20 Yanvar Haqqında Şeirlər oxumanız üçün yazılmış şeirlərin bir neçəsini bir araya topladıq.
Neçə günahsız insan boyandı qana,
Zalımlar zülm etdi məzluma cana,
Matəm əks olundu Azərbaycana!
Bu tarix yazıldı bəd Qara Yanvar!
Yollar qan iziylə qırmızı aldı,
Güllələr susmadı canları aldı,
Allahım bu necə dəhşətli haldı,
Silinməz yazıldı bəd Qara Yanvar!
Ana fəryadına dözmədi göylər,
Buludlar ağladı ürəklər inlər,
Fərizə İlhamla güllə yedilər,
Vağzalı çalındı bəd Qara Yanvar!
Baxmadı qocaya cavana yağı,
Çəkdi 20-si bizə bu dağı,
Kərbəla canlandı həmən o anı,
Yaşatdı millətə bəd Qara Yanvar!
Kəşkə yetişəydi həmən an ağam,
Zühr edib gələ İmami Zaman,
Zalıma verməzdi heç zaman aman,
Olardı düşmənə bəd Qara Yanvar!
Müəllif: Seymur Sönməz
İnsanlara zülm etdilər
Küçələrdə sürüdülər
Şəhri qana bürüdülər
İyirmi Yanvar Gecəsi
Necə vəhşi qansızdılar
Evləri ağlar qoydular
Günahsızlara qıydılar
İyirmi yanvar gecəsi
Qadın körpə demədilər
Yüzlərlə can öldürdülər
Müsibətlər törətdilər
O Qanlı Yanvar gecəsi
İyirmi Yanvar Gecəsi
Müəllif: Leyla Mətin
Sən ki sevgi çiçəyiydin
Yasa batdın qərənfilim
Hər Şəhidin məzarında
Qan ağladın qərənfilim.
Daha çətin gülsün üzün
Çətin ki bitsin bu hüzn
Şəhidlərçün daim gözün
Qan ağladı qərənfilim.
Həmdəm oldun acılara
Yandın ana bacılara
Yandın qalan tənha yara
Qan ağladın qərənfilim.
Müəllif: Leyla Mətin
Gözü qan ağlar ağlar
Sinəsi yara bağlar
Sizdə ağlayın dağlar
Duysun şəhid anası.
Qara saçları dən-dən,
Ağardı dərd-kədərdən
Qürurlan vətən sən də
Duysun Şəhid Anası!
Cənnət qoxuyur ruhu
Yoxdur bircə günahı
Təsəlli et İlahi
Duysun Şəhid Anası
Müəllif: Leyla Mətin
O Şənbə Gecəsi O qətil günü
Mümkünə döndərdi çox namümkünü
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər.
Dözdü hər zillətə dözdü hər şeyə
Dünyada mənimdə haqqım var deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər
Qanlı Yanvar hadisələri Sovet İttifaqının dağılmasını sürətləndirdi, Azərbaycan xalqında müstəqillik şüurunu alovlandırdı. Hadisələrin kökündə Dağlıq Qarabağ problemi dayanırdı.
1980-ci illərin sonlarında ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün fəaliyyətlərini artırdılar və 1989-cu ilin dekabrında Ermənistan Sovet Respublikasının Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.
Bu qərara qarşı Azərbaycan xalqı sərt reaksiya verdi və Bakıda yüz minlərlə insanın iştirakı ilə mitinqlər keçirildi. Xalq ermənilərin və sovet hakimiyyətinin artan ərazi tələblərinə öz reaksiyalarını göstərmək üçün Bakının Azadlıq Meydanına axışırdı.
Fasiləsiz mitinqlər sovet idarəsini narahat etdi və Bakıya əsgər göndərilməsi qərara alındı. Xalq isə şəhərin giriş yollarını, Bakıdakı hərbi hissələrin qabağını bağladı.
1990-cı il yanvarın 19-da Azərbaycan televiziyasının enerji təchizatçısı sovet kəşfiyyatı tərəfindən partladıldı. Axşam saatlarında 26 min nəfərlik sovet ordusu 5 istiqamətdən zirehli texnika ilə Bakıya girdi.
Sovet ordusu onların qarşısını almağa çalışan silahsız dinc əhalinin üzərinə güllə yağdıraraq şəhərə çatdı. Tanklar və ağır zirehli maşınlar insanların üzərinə sürüldü, təcili yardım maşınları və avtobuslar atəşə tutuldu. Həmin gecə Bakıda 130 dinc sakin həyatını itirdi.
Sovet ordusu qətliamı Neftçala və Lənkəran kimi digər şəhərlərdə də davam etdirib, ümumilikdə 147 dinc Azərbaycanlı 20 Yanvar qətliamının qurbanı olmuşdur. Hadisələrdə 744 nəfər yaralanıb, 400-ə yaxın insan sovet ordusu tərəfindən tutulub.
Sovet rəhbərliyi tərəfindən Bakıda fövqəladə vəziyyət elan edilsə də, şəhər tamamilə sovet ordusu tərəfindən nəzarətə götürülsə də, xalq yenidən küçələrə axışaraq şəhidlərin dəfni üçün işlərə başlayır.
Şəhidlər 1918-ci il martın 31-də ermənilərin hücumları nəticəsində həyatını itirən Azərbaycanlıların dəfn edildiyi, daha sonra sovet dövründə parka çevrilən Dağüstü parkda dəfn edildi.
Şəhidlər Azadlıq Meydanına toplandı və buradan xalqın çiyinlərində sonralar Şəhidlər Xiyabanı adlanan şəhidliyə gətirilərək yan-yana dəfn edildi. Dəfnə 1 milyona yaxın insan gəldi.
Qanlı Yanvar qətliamı Azərbaycan xalqının sovet idarəçiliyinə inamını tamamilə sarsıtdı və ölkənin müstəqilliyinə aparan proses başladı.
33 ildir ki, Azərbaycan xalqı hər il yanvarın 20-də 20 Yanvar qurbanlarının simvoluna çevrilmiş qərənfillərlə Şəhidlər Xiyabanlna axışır, müstəqillik odunu alovlandıranlara öz minnətdarlıqlarını bildirirlər.
Bu yazımızda sizlər üçün 20 yanvar haqqinda seir və şəkilləri təqdim etdik. Şeir müəlliflərinin hüquqları pozulmadan hərbir şeirin altında müəlliflər qeyd olunmuşudur. Allah 20 yanvar şəhidlərimizə rəhmət eləsin. Amin.