NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Mübarək Ramazan Ayı Təqvimi və Gündəlik Duaları 2024 – Ramazan Ayının 1-i Mart ayının 11-də başlayır. Şəvval Ayının 1-i (10 Aprel) Fitr (Ramazan) bayramıdır. Qeyd: Mübarək Ramazan ayının xüsusi imsak və iftar vaxtları Bakı və Abşeron şəhəri vaxtına uyğun tərtib edilmişdir.
Ekranınızda İftar vaxtı görsənmirsə ekranı sola doğru sürükləyin. İftar Vaxtları Yaşıl rənglə qeyd olunub. Ramazan Ayı Duaları isə məqalənin ən altında qeyd olunub.
Həftənin Günləri | Hicri Ayı | Miladi Ayı | İmsak Vaxtı | Sübh Azanı | Gün Çıxır | Zöhr Azanı | Əsr Azanı | Məğrib Azanı/ İftar Vaxtı | İşa Azanı |
Bazar ert. | 01 Ramazan | 11 Mart | 05:33 | 05:38 | 06:58 | 12:51 | 16:58 | 18:43 | 19:58 |
Çərşənbə ax. | 02 Ramazan | 12 Mart | 05:31 | 05:36 | 06:56 | 12:50 | 16:59 | 18:45 | 19:59 |
Çərşənbə | 03 Ramazan | 13 Mart | 05:30 | 05:35 | 06:55 | 12:50 | 17:00 | 18:46 | 20:00 |
Cümə axş. | 04 Ramazan | 14 Mart | 05:28 | 05:33 | 06:53 | 12:50 | 17:01 | 18:47 | 20:01 |
Cümə | 05 Ramazan | 15 Mart | 05:26 | 05:31 | 06:51 | 12:49 | 17:01 | 18:48 | 20:03 |
Şənbə | 06 Ramazan | 16 Mart | 05:25 | 05:30 | 06:50 | 12:49 | 17:02 | 18:49 | 20:04 |
Bazar | 07 Ramazan | 17 Mart | 05:23 | 05:28 | 06:48 | 12:49 | 17:03 | 18:50 | 20:05 |
Bazar ert. | 08 Ramazan | 18 Mart | 05:21 | 05:26 | 06:47 | 12:49 | 17:04 | 18:51 | 20:06 |
Çərşənbə ax. | 09 Ramazan | 19 Mart | 05:20 | 05:25 | 06:45 | 12:48 | 17:05 | 18:52 | 20:07 |
Çərşənbə | 10 Ramazan | 20 Mart | 05:18 | 05:23 | 06:43 | 12:48 | 17:05 | 18:53 | 20:08 |
Cümə axş. | 11 Ramazan | 21 Mart | 05:16 | 05:21 | 06:42 | 12:48 | 17:06 | 18:54 | 20:09 |
Cümə | 12 Ramazan | 22 Mart | 05:14 | 05:19 | 06:40 | 12:47 | 17:07 | 18:55 | 20:11 |
Şənbə | 13 Ramazan | 23 Mart | 05:13 | 05:18 | 06:38 | 12:47 | 17:08 | 18:56 | 20:12 |
Bazar | 14 Ramazan | 24 Mart | 05:11 | 05:16 | 06:37 | 12:47 | 17:09 | 18:57 | 20:13 |
Bazar ert. | 15 Ramazan | 25 Mart | 05:09 | 05:14 | 06:35 | 12:47 | 17:09 | 18:58 | 20:14 |
Çərşənbə ax. | 16 Ramazan | 26 Mart | 05:07 | 05:12 | 06:33 | 12:46 | 17:10 | 18:59 | 20:15 |
Çərşənbə | 17 Ramazan | 27 Mart | 05:05 | 05:10 | 06:32 | 12:46 | 17:11 | 19:00 | 20:16 |
Cümə axş. | 18 Ramazan | 28 Mart | 05:04 | 05:09 | 06:30 | 12:46 | 17:11 | 19:01 | 20:18 |
Cümə | 19 Ramazan | 29 Mart | 05:02 | 05:07 | 06:29 | 12:45 | 17:12 | 19:02 | 20:19 |
Şənbə | 20 Ramazan | 30 Mart | 05:00 | 05:05 | 06:27 | 12:45 | 17:13 | 19:03 | 20:20 |
Bazar | 21 Ramazan | 31 Mart | 04:58 | 05:03 | 06:25 | 12:45 | 17:14 | 19:04 | 20:21 |
Bazar ert. | 22 Ramazan | 1 Aprel | 04:56 | 05:01 | 06:24 | 12:44 | 17:14 | 19:05 | 20:21 |
Çərşənbə ax. | 23 Ramazan | 2 Aprel | 04:55 | 05:00 | 06:22 | 12:44 | 17:15 | 19:07 | 20:24 |
Çərşənbə | 24 Ramazan | 3 Aprel | 04:53 | 04:58 | 06:20 | 12:44 | 17:16 | 19:08 | 20:25 |
Cümə axş. | 25 Ramazan | 4 Aprel | 04:51 | 04:56 | 06:19 | 12:44 | 17:16 | 19:09 | 20:26 |
Cümə | 26 Ramazan | 5 Aprel | 04:49 | 04:54 | 06:17 | 12:43 | 17:17 | 19:10 | 20:27 |
Şənbə | 27 Ramazan | 6 Aprel | 04:47 | 04:52 | 06:16 | 12:43 | 17:18 | 19:11 | 20:28 |
Bazar | 28 Ramazan | 7 Aprel | 04:46 | 04:51 | 06:14 | 12:40 | 17:18 | 19:12 | 20:30 |
Bazar ert. | 29 Ramazan | 8 Aprel | 04:44 | 04:49 | 06:12 | 12:42 | 17:19 | 19:13 | 20:31 |
Çərşənbə ax. | 30 Ramazan | 9 Aprel | 04:42 | 04:47 | 06:11 | 12:42 | 17:20 | 19:14 | 20:32 |
Ağcabədi +10, Ağdam +11, Ağdaş +10, Ağstafa +18, Ağsu +5, Astara +4, Babək +18, Balakən +5, Bərdə +11, Beyləqan +10, Cəbrayıl +12, Cəlilabad +6, Culfa +18, Daşkəsən +15, Füzuli +11, Gədəbəy + 16, Gəncə + 14, Goranboy +12, Göyçay +8, Göygöl +14, Hacıqabul +4, Horadiz +10, İmişli +7, İsmayıllı +6, Kəlbəcər +15, Kürdəmir +6, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Qax +11, Qazax +19, Qəbələ +8, Quba +5, Qusar +4, Saatlı +6, Sabirabad +6, Şabran +4, Şahbuz +18, Salyan +4, Şamaxı +6, Şəki +12, Şəmkir +15, Şərur +18, Şirvan +4, Siyəzən +3, Sumqayıt +1, Şuşa +13, Tərtər +12, Tovuz +16, Ucar +8, Xaçmaz +4, Yardımlı +8, Yevlax +11, Zaqatala +15, Zəngilan +13, Zərdab +9 dəqiqə
Mübarək Ramazan Ayı Təqvimi və Gündəlik Duaları 2024 Oruc niyyəti ve İftardan öncə oxunan dua.
Oruc Niyyəti:
Ramazan ayının orucunu tuturam qürbətən iləllah.
İftardan qabaq oxunan dua:
İlahi Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!
İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah!
İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, meni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!
İlahi, bu ayda mənə güclü ağıl və ayıq- sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən menim də nəsibimi ver!
İlahi, bu ayda mene Sənin (oruc tutmaq barede) əmrini yerinə yetirməyə qüvvət ver. Səni zikr etməyin şirinliyini mənə daddır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır. Məni bu ayda Özün hifz et və qoru, ey bəsirətlə nəzər edən Allah!
İlahi, bu ayda meni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver. Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!
İlahi, bu ayda meni Sənə asiliyə məruz qoymaqla rüsvay etme, Öz cəza qamçınla məni vurma. Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey rəğbət bəsləyənlərin Rəğbətlisi!
İlahi, bu ayın orucunu tutmaqda ve namazını qılmaqda mene kömek ol, məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azmışları doğru yola çıxaran Allah!
İlahi, bu ayda mənə yetimlərə münasibet-de merhemetli olmağı, çörək vermeyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə. Öz qüdrətin sayəsində, ey ümid edenlerin Pənahı!
İlahi, bu ayda mənə Öz geniş mərhəmətin- dən pay ver. Öz açıq-aşkar delil-sübutlarınla yol göstər. Səni razı salacaq bütün şeylərə doğru məni apar. Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahi!
İlahi, bu ayda meni Öz həsənatlarının sayesinde Sənə tevekkül edənlerden, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver. Öz yaxşılığınla ey istək sahiblərinin son Qayəsi!
İlahi, bu ayda mənə Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir. Mende bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!
İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaet ve razılıq libasını geyindir. Bu ayda meni edalet ve insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm ey (üreklerinde) Allah qorxusu olanların Himayədarı!
İlahi, bu ayda meni natemizlik ve iyrenc şeylerden pak et. Alın yazısı ilə meni bu ayda olacaqlara səbirli et, və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlerin gözlerinin işığı Allah!
İlahi, bu ayda sehvlerimi mene irad tutma. Meni sehvlerden ve büdrəmələrdən qoru, bela və dərdlərə düçar etme. And verirəm İzzətinə ey müsəlmanların İzzəti, Şərəfi olan Allah!
İlahi, mene bu ayda teqvalı olanların itaətini bexş et, qelbimi bu ayda itaət edenləre məxsus tövbe üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahi!
İlahi, bu ayda meni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et, və məni şər adamlarla rastlaşmaqdan uzaq et. Öz rəhmətinlə mene bu ayın xatirine axiretde qərar evinde sığınacaq ver, Allahlığın xatirinə ey alemlerin Rəbbi!
İlahi, mene bu ayda saleh əməllərə doğru yol göster, ehtiyac ve amallarımı yerinə yetir. Ey etdikleri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilen! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bexş et!
İlahi, meni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qelbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qil. Səni öz nuruna and verirem, ey ariflərin qəlblərini işıqlandıran Allah!
İlahi, bu ayın bereketinden nesibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır. Meni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etme, ey açıq-aşkar haqqa hidayət edən Allah!
İlahi, bu ayda menim üçün Cənnət qapılarını aç, Cəhənnəm qapılarını bağla, meni bu ayda Quran oxumağa müvəffəq et. Ey möminlerin qəlblərinə rahatlıq salan Allah!
İlahi, bu ayda Sənin rızanı qazanmaq üçün mene yol göster, Şeytanın meni azdırması üçün yol qoyma, Cənnəti menim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!
İlahi, bu ayda fəzilət qapılarını üzüme aç. Mene Öz bərəkətlərini nazil et, meni bu ayda Sənin razılığına sebeb olacaq İşlərə müvəffəq et. Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstǝcab edən Allah!
İlahi, bu ayda menim günahlarımı yu (pak et), meni eyiblərdən təmizlə. Qəlbimi ürəklərdəki teqva qorxusu ilə imtahana çek, ey günahkarların büdrəmələrini bağışlayan Allah!
İlahi, bu ayda Səndən Səni razı salacaq şeyleri dileyirem. Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət göstərən Allah!
İlahi, bu ayda meni Sənin dostlarını seven, düşmənlərinə düşmən olan və Peyğəmbərlərinin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey Peyğəmbərlərin qəlblərini məsum qılan Allah!
İlahi, bu ayda menim səylərimi mükafata layiq qıl, günahlarımı bağışla, əməllərimi məqbul, eyiblərimi üstü örtülmüş qərar ver, ey eşidenlerin Eşidəni!
İlahi, bu ayda mene Qədr gecəsinin fəzilətini əta et, çetin işlerimi asanlaşdır, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə mehriban olan Allah!
İlahi, bu ayda nafilə əməllərdən menim nəsibimi bol et. Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər. Vəsilələr arasında Sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdə məmnun olan Allah!
İlahi, meni bu ayda Öz rəhmətinlə əhatə et. Mene müvəffəqiyyət və ismət müyəssər et. Qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə mehribanlıq göstərən Allah!
İlahi, Ağamız Məhəmməd (s.a.v) və onun pak ailesi xatirinə bu aydakı orucumu Sənin və Peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin etiqad təməllərini möhkəm qərar ver. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!