Xocalı Soyqırımı Haqqında Məlumat 26.02.1992

Xocalı Soyqırımı Haqqında Məlumat 26.02.1992

Xocali Soyqirimini Unutma! Unutdurma!

Dünya tarixində bir çox hadisələr baş vermiş, kədərli hadisələr yaşanmışdır. Bu faciələr, kədərli hadisələr içərisində Xocalı faciəsi daha böyük və kədərlidir. Əslində Xocalı Soyqırımını yalnız faciə adladırmaq olmazdı. Çünki faciə insanların iradəsindən asılı olmayaraq baş verən hadisələrdir. Bəs əslində Xocalı hadisəsi nədir? 1992-ci il fevralın 26-da nə baş vermişdir? Xocalı hadisəsi təkcə Azərbaycana onun Xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir. Çünki Xocalıda yalnız insanlar qətlə yetirilmədilər. İnsanlıq qətl edildi. Tarixdə olmamış yalançı soyqırımını təbliğ edən ermənilər Azərbaycan xalqına qarşı əsl soyqırımı törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətliam başlandı. Müasir silahlarla təchiz edilmiş 366-cı rus alayının köməyi ilə Xocalıya hücum edən ermənilər yazıq və miskin maqalarını ataraq əsl simalarını göstərilər. Bu simanın adı bütün vəhşiliyin, qəddarlığın fövqündə duran ermənilikdir. Hələ dünyaya gəlməyən körpəni belə qətl edən ermənilik. Xocalı Dağlıq Qarabağın ən mühüm şəhərlərindən biri idi. Onun böyük hərbi əhəmiyyəti var idi. Qarabağda yeganə hava limanı burada yerləşirdi. Xocalı həmdə xalqımızın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi.

Çingiz Mustafayev Azərbaycanın Milli Qəhrəmanı

Xocalı Soyqırımı zamanı erməni cəlladlarının bu qanlı cinayətlərinin üstünü açmaq onu dünyaya çatdırmaq üçün xalqımızın qəhrəman oğlu Çingiz Mustafayev misilsiz hünər göstərdi. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Çingiz Mustafayev o zaman Azərbaycan Televiziyasının müxbiri idi. Hadisə yerinə ilk gələnlərdən biri olan Çingiz deyirdi ki, Fevralın 28-də hərbi vertalyotla faciə yerinə gəldik. Hələ havada ikən meyidlərlə dolu böyük bir meydan gördük. Yerə enəndən sonra bizimlə gələn polis işçiləri meyidləri vertalyota yığmalı idilər. Lakin polis işçilərinin ikisi bu qədər adamın öldürüldüyünü və meyidlərin eybəcər hala salındığını görəndə dəhşətdən huşunu itirdi. Körpələr, uşaqlar, qadın və qocalar qəddarcasına qətlə yetirilmişdilər. Çoxlarını ailəlikcə hamısını birdən öldürmüşdülər. Çingiz Mustafayevin Kamerası qulaqları kəsilmiş bir neçə uşağı çəkmişdi. Kişilərin başı kəsilmişdi. Tezliklə xarici jusranlistlər də baş vermiş qırğın yerinə gəlmiş və erməni vəhşiliyini öz gözləri ilə görmüşdülər. Onlardan biri Fransız jurnalist demişdi ki, mən muharibədə faşistlərin qəddarlıqları haqqında çox şey eşitmişəm lakin körpələri, uşaqları və dinc əhalini amansızlıqla qətl edən ermənilər onları ötüb keçmiş, arxada qoymuşdular.

Xocalıda Yaşayanların Taleyi

Xocali Soyqirimi Haqqinda Melumat 26 fevral 1992-ci il

Həmin gün 613 nəfər Azərbaycanlı qətlə yetirildi. Onlar yalnız Azərbaycanlı olduqları üçün erməni faşistləri tərəfindən qətlə yetirildilər. 1275 nəfər Xocalı sakini girov götürüldü. Bu cinayət yalnız erməni cəlladlarının adına yazıla bilməz. Cinayəti görmək istəmiyən, insan haqlarını şüar etmiş böyük dövlətlər də bu vəhşiliyə şərikdirlər. Çünki İnsanlıq aləmində ədalət məhkəməsi ilə yanaşı vicdan məhkəməsi də vardır. Nə qədər ki böyük dövlətlər bu cinayətə göz yumacaq, bu onların vicdanına yazılacaq. Gözlərin kor olması insanın duyğularını, mənəviyyatını öldürmür. Vicdanın kor olması isə insanı mənəvi cəhətdən şikəst edir, insanlıq duyğularını öldürür. Xocalıda dinc əhaliyə qarşı qəddarlıq hadisələrinin təşkilatçıları və iştirakçıları olan ermənistan rəhbərliyi də baş verənləri etiraf etmişdir. Bu amansız etiraf qarşısında dünya birliyinin susması təəccüb və təəssüf doğurur.

Xocalı Şəhidləri

Xocalı Hadisəsi tariximizə yalnız Faciə və Soyqırım olaraq yazılmaışdır. Xocalı həm də qəhrəmanlıq salnaməsidir. Xocalının az sayıda müdafiəçiləri, düşmənin təpədən dırnağa qədər silahlanmış qoşununa qəhrəmancasına müaqvimət göstərmişdir. Xocalı hava limanını müdafiə edən dəstənin komandiri Əli Haciyev və Milli Ordunun komandiri Tofiq Hüseynov Xocalı uğrunda döyüşlərdə şəhid olmuşlar. Onlar Azərbaycanın Milli Qəhramanlarıdırlar. Xocalı faciəsinə əsl tarixi və hüquqi qiyməti ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev vermişdir. 1997-ci il 25 fevral tarixli sərəncamı ilə Xocalı Faciəsini bəşər tarixində Qara Ləkə kimi qalacağını bildirən və ona bütün insanlığa qarşı cinayət kimi qiymət verən prezident Heydər Əliyev hər il 26 fevral saat 17:00-ı sükut dəqiqəsi elan etmişdir.

Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının yaddaşında və dünya tarixində kədər, matəm rəmzi olaraq qalacaqır. Tarixdə şəhid şəhər kimi anılacaqdır. Bakının Mərkəzində Xocalı prospektində Xocalı Şəhidlərinin xatirəsinə abidə ucakdılmışdır. Bu abidə xalqımızın müqəddəs and yerlərindən hesab olunur. Biz qəddarcasına öldürülmüş, işgəncələr verilmiş həmvətənlilərimizin xatirəsi önündə baş əyirik. Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı Faciəsini unutmayacağıq. Tarix bu vəhşiliyi bağışlamayacaq.

Həmçinin bax: 20 Yanvar Haqqinda Şeirlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir