Ramazan Ayı Təqvimi və Gündəlik Duaları 2025

Mübarək Ramazan Ayı Təqvimi və Gündəlik Duaları 2025

Ramazan Ayi Teqvimi ve Gundelik Dualari

Mübarək Ramazan Ayı Təqvimi və Gündəlik Duaları 2025- Ramazan Ayının 1-i Mart ayının 1-də başlayır. Şəvval Ayının 1-i (30 Mart) Fitr (Ramazan) bayramıdır. Qeyd: Mübarək Ramazan ayının xüsusi imsak və iftar vaxtları Bakı və Abşeron şəhəri vaxtına uyğun tərtib edilmişdir.

Ramazan Ayı İmsak və İftar Vaxtları

Ekranınızda İftar vaxtı görsənmirsə ekranı sola doğru sürükləyin. İftar Vaxtları Yaşıl rənglə qeyd olunub. Ramazan Ayı Duaları isə məqalənin ən altında qeyd olunub.

Həftənin
Günləri
Hicri AyıMiladi Ayıİmsak
Vaxtı
Sübh
Azanı
Gün
Çıxır
Zöhr
Azanı
Əsr
Azanı
Məğrib
Azanı/
İftar Vaxtı
İşa
Azanı
Şənbə01 Ramazan1 Mart05:4905:5407:1412:5316:4918:4719:47
Bazar02 Ramazan2 Mart05:4705:5207:1212:5316:5018:4819:48
Bazar Ertəsi03 Ramazan3 Mart05:4605:5107:1112:5316:5118:4919:49
Çərşənbə ax.04 Ramazan4 Mart05:4405:4907:0912:5216:5218:5019:50
Çərşənbə05 Ramazan5 Mart05:4305:4807:0712:5216:5318:5119:52
Cümə axş.06 Ramazan6 Mart05:4105:4607:0612:5216:5418:5219:53
Cümə07 Ramazan7 Mart05:4005:4507:0412:5216:5418:5319:54
Şənbə08 Ramazan8 Mart05:3805:4307:0312:5116:5518:5419:55
Bazar09 Ramazan9 Mart05:3605:4107:0112:5116:5618:5519:56
Bazar Ertəsi10 Ramazan10 Mart05:3505:4007:0012:5116:5718:5619:57
Çərşənbə ax.11 Ramazan11 Mart05:3305:3806:5812:5116:5818:5719:58
Çərşənbə12 Ramazan12 Mart05:3105:3606:5612:5016:5918:5919:59
Cümə axş.13 Ramazan13 Mart05:3005:3506:5512:5017:0019:0020:00
Cümə14 Ramazan14 Mart05:2805:3306:5312:5017:0119:0120:01
Şənbə15 Ramazan15 Mart05:2605:3106:5112:4917:0119:0220:03
Bazar16 Ramazan16 Mart05:2505:3006:5012:4917:0219:0320:04
Bazar Ertəsi17 Ramazan17 Mart05:2305:2806:4812:4917:0319:0420:05
Çərşənbə axş.18 Ramazan18 Mart05:2105:2606:4712:4917:0419:0520:06
Çərşənbə19 Ramazan19 Mart05:2005:2506:4512:4817:0519:0620:07
Cümə axş.20 Ramazan20 Mart05:1805:2306:4312:4817:0519:0720:08
Cümə21 Ramazan21 Mart05:1605:2106:4212:4817:0619:0820:09
Şənbə22 Ramazan22 Mart05:1405:1906:4012:4717:0719:0920:11
Bazar23 Ramazan23 Mart05:1305:1806:3812:4717:0819:1020:12
Bazar Ertəsi24 Ramazan24 Mart05:1105:1606:3712:4717:0919:1120:13
Çərşənbə axş.25 Ramazan25 Mart05:0905:1406:3512:4717:0919:1220:14
Çərşənbə26 Ramazan26 Mart05:0705:1206:3312:4617:1019:1320:15
Cümə axş.27 Ramazan27 Mart05:0505:1006:3212:4617:1119:1420:16
Cümə28 Ramazan28 Mart05:0405:0906:3012:4617:1119:1520:18
Şənbə29 Ramazan29 Mart05:0205:0706:2912:4517:1219:1720:19
Rayonlar üzrə sahur və iftar vaxtları aşağıdakı qaydada müəyyənləşdirilmişdir (dəqiqə):

Ağcabədi +10, Ağdam +11, Ağdaş +10, Ağstafa +18, Ağsu +5, Astara +4, Babək +18, Balakən +5, Bərdə +11, Beyləqan +10, Cəbrayıl +12, Cəlilabad +6, Culfa +18, Daşkəsən +15, Füzuli +11, Gədəbəy + 16, Gəncə + 14, Goranboy +12, Göyçay +8, Göygöl +14, Hacıqabul +4, Horadiz +10, İmişli +7, İsmayıllı +6, Kəlbəcər +15, Kürdəmir +6, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Qax +11, Qazax +19, Qəbələ +8, Quba +5, Qusar +4, Saatlı +6, Sabirabad +6, Şabran +4, Şahbuz +18, Salyan +4, Şamaxı +6, Şəki +12, Şəmkir +15, Şərur +18, Şirvan +4, Siyəzən +3, Sumqayıt +1, Şuşa +13, Tərtər +12, Tovuz +16, Ucar +8, Xaçmaz +4, Yardımlı +8, Yevlax +11, Zaqatala +15, Zəngilan +13, Zərdab +9 dəqiqə

Ramazan Ayı Qədr Gecəsi Tarixləri

2025-ci il üçün Ramazan ayının mühüm dini günləri aşağıdakı kimidir:

1. Qədr (Əhya) Gecələri

Qədr gecələri İslam aləmində xüsusi əhəmiyyətə malikdir və Ramazan ayının son 10 günündə axtarılır. 2025-ci ildə bu gecələr aşağıdakı tarixlərə təsadüf edir:

  • Birinci Qədr Gecəsi: 18 mart 2025-ci il (Ramazan ayının 18-dən 19-na keçən gecə)
  • İkinci Qədr Gecəsi: 20 mart 2025-ci il (Ramazan ayının 20-dən 21-nə keçən gecə)
  • Üçüncü Qədr Gecəsi: 22 mart 2025-ci il (Ramazan ayının 22-dən 23-nə keçən gecə)
  • Dördüncü Qədr Gecəsi: 26 mart 2025-ci il (Ramazan ayının 26-dan 27-nə keçən gecə)

Bu gecələrdə müsəlmanlar ibadət edir, Quran oxuyur və dualar edirlər. Xüsusilə, Ramazan ayının 27-ci gecəsi (26 mart 2025-ci il) ən əhəmiyyətli Qədr gecəsi hesab olunur.

2. Həzrət İmam Həsənin (ə) Mövludu

Həzrət İmam Həsənin (ə) doğum günü Ramazan ayının 15-nə təsadüf edir. 2025-ci ildə bu gün 15 mart tarixinə düşür.

3. Həzrət Əlinin (ə) Şəhadəti

Həzrət Əli (ə) Ramazan ayının 19-cu günü zərbətləndikdən sonra, 21-ci günü şəhadətə çatmışdır. 2025-ci ildə bu günlər müvafiq olaraq 19 mart və 21 mart tarixlərinə təsadüf edir.

Bu mühüm günlərdə müsəlmanlar xüsusi ibadətlər edir, dualar oxuyur və dini mərasimlər keçirirlər.

Mübarək Ramazan Ayı Təqvimi və Gündəlik Duaları 2025 Oruc niyyəti ve İftardan öncə oxunan dua.

Oruc Niyyəti:

Ramazan ayının orucunu tuturam qürbətən iləllah.

İftardan qabaq oxunan dua:

İlahi Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

Ramazan ayı 1-ci gün duası

İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah!

Ramazan ayı 2-ci gün duası

İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, meni bu ayda Öz ayələrini oxumağa müvəffəq et!

Ramazan ayı 3-cü gün duası

İlahi, bu ayda mənə güclü ağıl və ayıq- sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən menim də nəsibimi ver!

Ramazan ayı 4-cü gün duası

İlahi, bu ayda mene Sənin (oruc tutmaq barede) əmrini yerinə yetirməyə qüvvət ver. Səni zikr etməyin şirinliyini mənə daddır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır. Məni bu ayda Özün hifz et və qoru, ey bəsirətlə nəzər edən Allah!

Ramazan ayı 5-cü gün duası

İlahi, bu ayda meni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver. Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!

Ramazan ayı 6-cı gün duası

İlahi, bu ayda meni Sənə asiliyə məruz qoymaqla rüsvay etme, Öz cəza qamçınla məni vurma. Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey rəğbət bəsləyənlərin Rəğbətlisi!

Ramazan ayı 7-ci gün duası

İlahi, bu ayın orucunu tutmaqda ve namazını qılmaqda mene kömek ol, məni səhvlərdən və günahlardan uzaqlaşdır. Bütün bu ayı Səni zikr etməyi mənə qismət et, Öz köməyin sayəsində, ey azmışları doğru yola çıxaran Allah!

Ramazan ayı 8-ci gün duası

İlahi, bu ayda mənə yetimlərə münasibet-de merhemetli olmağı, çörək vermeyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə. Öz qüdrətin sayəsində, ey ümid edenlerin Pənahı!

Ramazan ayı 9-cu gün duası

İlahi, bu ayda mənə Öz geniş mərhəmətin- dən pay ver. Öz açıq-aşkar delil-sübutlarınla yol göstər. Səni razı salacaq bütün şeylərə doğru məni apar. Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahi!

Ramazan ayı 10-cu gün duası

İlahi, bu ayda meni Öz həsənatlarının sayesinde Sənə tevekkül edənlerden, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver. Öz yaxşılığınla ey istək sahiblərinin son Qayəsi!

Ramazan ayı 11-ci gün duası

İlahi, bu ayda mənə Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir. Mende bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!

Ramazan ayı 12-ci gün duası

İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaet ve razılıq libasını geyindir. Bu ayda meni edalet ve insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm ey (üreklerinde) Allah qorxusu olanların Himayədarı!

Ramazan ayı 13-ci gün duası

İlahi, bu ayda meni natemizlik ve iyrenc şeylerden pak et. Alın yazısı ilə meni bu ayda olacaqlara səbirli et, və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlerin gözlerinin işığı Allah!

Ramazan ayı 14-ci gün duası

İlahi, bu ayda sehvlerimi mene irad tutma. Meni sehvlerden ve büdrəmələrdən qoru, bela və dərdlərə düçar etme. And verirəm İzzətinə ey müsəlmanların İzzəti, Şərəfi olan Allah!

Ramazan ayı 15-ci gün duası

İlahi, mene bu ayda teqvalı olanların itaətini bexş et, qelbimi bu ayda itaət edenləre məxsus tövbe üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahi!

Ramazan ayı 16-cı gün duası

İlahi, bu ayda meni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et, və məni şər adamlarla rastlaşmaqdan uzaq et. Öz rəhmətinlə mene bu ayın xatirine axiretde qərar evinde sığınacaq ver, Allahlığın xatirinə ey alemlerin Rəbbi!

Ramazan ayı 17-ci gün duası

İlahi, mene bu ayda saleh əməllərə doğru yol göster, ehtiyac ve amallarımı yerinə yetir. Ey etdikleri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları bilen! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bexş et!

Ramazan ayı 18-ci gün duası

İlahi, meni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qelbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qil. Səni öz nuruna and verirem, ey ariflərin qəlblərini işıqlandıran Allah!

Ramazan ayı 19-cu gün duası

İlahi, bu ayın bereketinden nesibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır. Meni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etme, ey açıq-aşkar haqqa hidayət edən Allah!

Ramazan ayı 20-ci gün duası

İlahi, bu ayda menim üçün Cənnət qapılarını aç, Cəhənnəm qapılarını bağla, meni bu ayda Quran oxumağa müvəffəq et. Ey möminlerin qəlblərinə rahatlıq salan Allah!

Ramazan ayı 21-ci gün duası

İlahi, bu ayda Sənin rızanı qazanmaq üçün mene yol göster, Şeytanın meni azdırması üçün yol qoyma, Cənnəti menim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!

Ramazan ayı 22-ci gün duası

İlahi, bu ayda fəzilət qapılarını üzüme aç. Mene Öz bərəkətlərini nazil et, meni bu ayda Sənin razılığına sebeb olacaq İşlərə müvəffəq et. Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstǝcab edən Allah!

Ramazan ayı 23-cü gün duası

İlahi, bu ayda menim günahlarımı yu (pak et), meni eyiblərdən təmizlə. Qəlbimi ürəklərdəki teqva qorxusu ilə imtahana çek, ey günahkarların büdrəmələrini bağışlayan Allah!

Ramazan ayı 24-cü gün duası

İlahi, bu ayda Səndən Səni razı salacaq şeyleri dileyirem. Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət göstərən Allah!

Ramazan ayı 25-ci gün duası

İlahi, bu ayda meni Sənin dostlarını seven, düşmənlərinə düşmən olan və Peyğəmbərlərinin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey Peyğəmbərlərin qəlblərini məsum qılan Allah!

Ramazan ayı 26-cı gün duası

İlahi, bu ayda menim səylərimi mükafata layiq qıl, günahlarımı bağışla, əməllərimi məqbul, eyiblərimi üstü örtülmüş qərar ver, ey eşidenlerin Eşidəni!

Ramazan ayı 27-ci gün duası

İlahi, bu ayda mene Qədr gecəsinin fəzilətini əta et, çetin işlerimi asanlaşdır, üzrlərimi qəbul et, günahları və günah yükünü üstümdən götür, ey Öz saleh bəndələrinə mehriban olan Allah!

Ramazan ayı 28-ci gün duası

İlahi, bu ayda nafilə əməllərdən menim nəsibimi bol et. Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər. Vəsilələr arasında Sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdə məmnun olan Allah!

Ramazan ayı 29-cu gün duası

İlahi, meni bu ayda Öz rəhmətinlə əhatə et. Mene müvəffəqiyyət və ismət müyəssər et. Qəlbimi töhmət zülmətlərindən pak et, ey Öz mömin bəndələrinə mehribanlıq göstərən Allah!

Ramazan ayı 30-cu gün duası

İlahi, Ağamız Məhəmməd (s.a.v) və onun pak ailesi xatirinə bu aydakı orucumu Sənin və Peyğəmbərinin razı qaldığı şəkildə qəbul et! Dinimizin etiqad təməllərini möhkəm qərar ver. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!

Peyğəmbərimizin (s) Orucla Bağlı Mübarək Sözlərindən

  • Oruc tutun, sağlam olun. Uca Allah buyurur: Oruc Mənim üçündür, onun mükafatını
  • Mən verəcəyəm. – Oruclunun sükutu zikr, yuxusu ibadət, duası məqbul əməllərin savabı kimi qiymətləndirilir.
  • Oruc səbrin yarısıdır.

Leave a Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir