NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Bal arısı görmək yaxşı əhval-ruhiyyəli, zəhmətkeş, xeyirli insana yozulur. Bir rəvayətə görə, bal arısı gəlirə və bərəkətə yozulur. Başqa bir rəvayətə görə isə, faydalı və yaxşılığı ilə hamını sevindirən adam kimi yozulur. Kim yuxusunda çoxlu bal arısı tapdığını və ya satın aldığını görsə, nemət və qənimət əldə edər. Kirmaniyə görə; Yuxuda bal arısı alimə, başqa bir rəvayətə görə isə hər kəsə fayda verən, ticarətlə məşğul olan insana işarə edir. Arının özünü sancdığını görən zəhmətlə halal mal qazanar. Bal arısını öldürdüyünü görən malından zərər edər. Arı yeşiyindən nəsə çıxardığını görən ev əhalisi və tanışlarına zülm edər. Yeşikdən bir şey götürərkən arıların onun üstünə toplaşdığını, lakin ona birşey etmədiklərini, sancmadıqlarını görənin qohumları ona qarşı toplaşacaq, lakin ona birşey etməyəcəklər. Üstünə yığılmış arılar onu sancsa, ona qarşı toplaşan qohumlardan zərər görəcək. Arıların hücumundan öldüyünü görmək o ölkəni tərk edəcəyinizə işarədir. Başqa bir rəvayətə görə: Yuxuda bal arısı görmək, onu bəsləyən adam üçün qorxu ilə yanaşı, bolluq və zənginliyə dəlalət edir.
Fermerlər üçün bal arısı görmək xeyir, ucuzluq və bolluğa işarə edir. Fermer olmayanlar üçün arı görmək düşmənçilikdən xəbər verir. Yuxuda arı görmək ruziyə yozulur. Yuxuda arı yeşiyinin başında olduğunuzu və arıların pətəyə girib-çıxdığını görmək, maddi cəhətdən problem yaşamayacağınıza və bol ruzili olacağınıza işarədir. Yuxuda Arının sancdığını görmək, qazancını qısqanan və tamah salan insanların olduğuna dəlalət edir. Bal arısı görmək zəhmətkeş və yaxşı insana işarə edir. Çünki arılar bacarıqlı heyvanlardır. Yenə bal arısı bolluq, bərəkət və zənginlik əlamətidir. Bir şəxs yuxuda arı pətəyi görsə və ondan bal götürsə, halal mala işarədir. Yuxuda arıların başınızın üstünə qoyulduğunu görmək – yüksək rütbə və mülk sahibi olmağa işarə edir. Bal arısı görmək Hər şeyə qadir, şərəfli və çox xeyirxah, dost və köməkçi olan bir insana işarədir. Yuxuda bal arısını öldürdüyünüzü görmək, malda zərər etmək kimi yozulur.
Həmçinin bax: Yuxuda Bal Görmək
Həmçinin bax: Yuxuda Arı Görmək