NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda Boya Boyamaq Görmək örtmək və gizlətməkdir. Bir yerin və ya səthin rənglənməsi insanları xoşbəxt edəcək hadisələrə və gözləntilərin reallaşmasına işarə edir. Bir yeri ağ və yaşıl rənglərlə boyamaq günah və üsyandan dönməyə dəlalət edir. Bir yerin qara və tünd rənglərlə rənglənməsi rüsvayçılıq və depressiv hadisələrdən xəbər verir. Baş və bədənin digər hissələri yağlı boya, əhəng, palçıq və s. ilə boyamaq, çirkin görünən bir vəziyyəti gizlətməkdə çaşqınlığa işarə edir. Əlləri ağ və ya yaşıl rəngə boyamaq xeyir iş görməyə, qırmızı və qara rənglə boyamaq isə şər iş görməyə işarə edir. Mavi rəngə boyamaq ümid edilən şeyin gerçəkləşməməsinə başqa rənglərlə rəngləmək kədərdən xəbər verir. Əlləri palçıqla bəzəmək zikrullaha, Ayaqları rəngləmək ailədən qaynaqlanan sıxıntıya yozulur. Əlini murdar və rəzil sayılan başqa şeylərlə rəngləmək fitnədə iştirak etməyə yozulur.
Yuxuda boya boyamaq, ətrafınızdakı insanlara güclü təsir göstərəcəyiniz bir dövrə girdiyinizə işarədir. Kapitalınızı itirəcəksiniz kimi də yozulur. Boya satmaq dostlarla yaxşı gələcəyin əlamətidir. Boya almaq işlərin pisləşməməsi üçün tədbirlər görmək lazım olduğunu göstərir. Boya istehsal etmək ailədə və ya sevgililər arasında mübahisələr və fikir ayrılıqlarını göstərir. Parça boyası kədərlə bitəcək xoşbəxtlik kimi şərh edilir. Boya tökmək pis niyyətli bir insanla qarşılaşmaq deməkdir. İş yerini boyamaq kömək almağa, üzünü boyamaq düşmənlərdən gələcək təhlükənin olması kimi yozulur. Gəmi boyamaq xoşbəxtlik və rahatlığa, ayaqqabı boyamaq, problemlərlə mübarizə aparmağa yozulur. Ev boyamaq eşq həyatınızdakı çətinliklərdən xəbər verir. Evdə boyaçı görmək o evdən birinin ölümünün xəbərçisidir.
Boyalı ev, planlarınızı həyata keçirəcəyinizə və müvəffəqiyyətli olacağınıza yozulur. Paltarınıza boya bulaşması başqalarının düşüncəsizliyindən yaranan bədbəxtlikdir. Yuxusunda boya boyadığını görən hər kəs köhnə günlərini geridə qoyub yeni gələcəyə qədəm qoyar. Boya həm də uğur deməkdir. Amma təfsir boyanın rənginə görə də edilir. Üzün boyanması ikiüzlülük deməkdir. Yuxuda görülən boya örtüb gizlətməkdir. Saqqalda görünən boya aldadıcı bir işə işarə edir. Boyadan istifadə etmək layiq olan üçün nemətlərlə yardımlaşmağa, düşməni alçaltmağa, təhqir etməyə və qorxudan əmin olmağa işarə edir. Bu yuxu layiq olmayan bir şəxs üçün kədər, qəm, şiddət, borc, dost-tanışı tərk etməyə də işarə edir. Yuxuda saç və saqqalı ağarmış şəxsin xına və boyadan istifadə etməsini görməsi rütbə və qüdrətinin artmasına dəlalət edir. Bir şəxs saqqalına xına qoyduğunu və saqqalının da xına tutduğunu görsə, həmin şəxs sünnəyə tabe olar. Başına xına qoyduğunu amma saqqalına qoymadığını görsə, malını gizlədər. Başına və saqqalına xına qoyduğunu görsə, kasıblığını gizlədər və camaat qarşısında rütbə və vəzifə tələb edər. Saçı xınayı tutsa rütbə və vəzifəsinə qayıdar və orada qısa müddətə qürur və əzəmət göstərər.
Yuxuda saçlarını xalqın istifadə etmədiyi palçıq, əhəng və s. belə şeylərlə boyadığını görsə və saçları bu boyaları tutsa, o insan vəziyyətini qeyri-mümkün şeylərlə gizlətməyə çalışar. Boyası tutmasa, vəziyyəti ətrafa yayılar və daha gizlətmək mümkün olmaz. Əgər saçını xına və qanla boyadığını və saçının tutduğunu görsə, bu, həmin şəxsin cahil, qəflət və oyunla məşğul olmasına, lakin tövbə edib azğınlıqdan dönməsinə dəlalət edər. Barmaqlarını xına ilə boyanmış görən şəxs zikr və təsbehi çox edər. Ovucunun rəngləndiyini, boyandığını görsə, ruzisi bol olar. Bir qadın əlinin xına ilə boyandığını görsə, əri ona yaxşılıq edər. Əgər əlini xınaladığını, lakin tutmadığını görsə, əri ona sevgisini göstərməz. Əllərinə xına vurulduğunu və xınanın bir-birinə qarışdığını görən qadın övladına görə bəlaya və müsibətə düçar olar.
Kim yuxuda ayağına naxış boyadığını görsə, ailəsinə görə əziyyət çəkər. Yuxu görən qadındırsa, ərindən bir bədbəxtlik və müsibət gələr. Boyalı əl uğursuzluq və çətinlikdir. Barmaqların ucuna xına qoymaq xurmanın və ya üzümün ortaya çıxmasına işarə edir. Xına və boya normal miqdarda istifadə edildikdə zinət və təravətdir. Əl və ayaq xınası yuxu görənin özünə layiq olduğu şəkildə evinin və malının bəzəyidir. Xına və boya qadınlar üçün sevinc, təravət və gözəl paltardır. Çünki xına qadınların xoşbəxt günlərində bəzəklərindən biridir. Əllərdə olan boya yolçuluqdur.
Saçları qara rəngə boyamaq pis əhval-ruhiyyə və pis əməllərdən xəbər verir. Ağ boya görmək xoşbəxt bir həyatınız olacağına, Mavi boya görmək həyəcanlı günlər yaşayacağınıza, dənizçi peşəsinə həvəsli olub, bu peşəyə girməyə çalışacağınıza yozulur. Yaşıl boya görmək, təbiəti xoşladığınıza vəya dini qüvvətinizə, qırmızı boya görmək, qüvvətli bir eşq həyatı yaşayacağınıza və ya diqqət etmək lazım olduğuna, qara boya, adətən göz yaşlarına, sarı rəng xəstəliyə işarə edir. Rəngarəng boya görmək, günlərinizi boş yerə və xəyallarla keçirəcəyinizə işarədir.
Bir əşyanı rənglədiyinizi və ya evinizi boyayaraq bəzədiyinizi görmək boyaların rənginin mənalarına görə şərh olunur. Ağ rəng rahatlıq və xoşbəxtlik, sarı rəng xəstəlik, mavi rəng ümid və dostluğa, yaşıl rəng dinin gücü, qırmızı rəng isə sevgiyə yozulur. Çəhrayı rəng gənc qız və ümidi, bənövşəyi rəng şübhəni, qara rəng xoşbəxt olmamağı və kədəri, qəhvəyi rəng uzun səyahəti və cəsarəti, boz rəng səmimiyyəti göstərir. Rənglərlə görüləcək yuxu bu maddələrə əsaslanaraq yuxunun şəklinə və rənginə görə yozulur.
Həmçinin Bax: Yuxuda Boyaçı Görmək