NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda boynu vurulmaq görmək namazı tərk etməyə və ya dindən çıxmağa işarədir. Kim yuxuda boynun kəsildiyini (vurulduğunu), başının bədənindən ayrıldığını görsə, fikirli olsa, fikri gedər, borclu olsa, borcunu ödəyər. Bəzən yuxu sahibinə çatacaq böyük bir mülkə işarə edir. Əgər bir şəxs yuxuda dövlət başçısının və ya valinin başını kəsdiyini görsə, Allah-təala həmin şəxsi bütün qəm və qəm-qüssədən xilas edər və bütün işlərində ona kömək edər. Bir şəxs yuxuda dövlət başçısının tabeliyində olan şəxslərin edam edildiyini görsə, həmin başçı günahkarları bağışlayar və ya onları edam edər. Hakimin hökmü ilə və ya müharibədə olduğu üçün və ya hər hansı bir səbəbdən boynunun kəsildiyini görən şəxsin valideynləri və ya övladları, vəfat edər. Qorxulu görünən və ya edamına qərar verilmiş bir adam bu yuxunu görsə, insanın bu vəziyyətlərdən qurtulacağına işarədir. Pul və sərmayəsi olan insanlar bu yuxunu görsələr, mallarının getməsinə dəlalət edir.
Həmçinin Bax: Yuxuda Baş Görmək
Bu yuxu qonaqların səfərdən qayıdacaqlarına, düşmənləri olanların da düşmənlərinə qalib gələcəklərinə işarə edir. Bir şəxs yuxuda dövlət başçısının tabeliyində olanları kürəyindən vurduğunu görsə, dövlət başçısının onlardan qisas alacağına işarə edir. Yuxuda vurulub iki yerə böldüyünü və hər bir parçanın başqa yerə aparıldığını görən şəxs iki qadınla evlənər. Amma onlarla yaxşı anlaşa bilməz və onlardan ayrılmağı da yaxşı hesab etməz. Yuxuda birinin başının kəsildiyini görmək, ibadətini axsatdığı üçün Uca Allah tərəfindən yuxu görən şəxsə edilən xəbərdarlıqdır. Öz boynunun kəsildiyini görən, böyük günah etmiş olar, dərhal tövbə edib bağışlanma diləməlidir. Boynu vurulandan sonra cəsədinin ayağa qalxdığını görən böyük düşmənçilik görər. Başının yuvarlanaraq uzaqlara getdiyini görənin əcəli yaxındır. Başının kəsilmək üzrə ikən bağışlandığını görmək, günahlarından tövbə etməsi lazım olduğuna dəlalət edir.