NömreBir.Com
Azərbaycanın
-- Bir nömrəli saytı
Yuxuda broş taxdığını görmək yuxu görən gənc qızdırsa aşiq olar, evlidirsə mal-mülkə yozulur. Ümumiyyətlə, broş görmək, yuxu görənin hörmət qazanacaq işlər görəcəyinə işarədir. Bundan əlavə, yuxuda broş taxmaq (istər qızıl, istər almaz) böyük uğur qazanmağın sayəsində mühüm insanlardan fayda əldə edəcəyinə işarə edir. Nəticədə, broş görmək, göstərdiyiniz maddi və mənəvi səyinizin mükafatını almaq deməkdir. Yuxuda görülən broş şərəf, mal və nemətdir. Kişilər üçün broş görmək qəyyumluqdur. Bir qadının yuxuda yaxasına broş taxması onun üçün zinət əşyaları və puldur. Yuxuda yaxasına broş taxmaq xeyrli övlad, mal, şərəf və zinətdir. Bu yuxu sirr və hikmət kimi də yozulur. Xülasə, broş yuxusu övlada, mala, vəzifəyə, şərəfə, nemətə, zinətə, qulluqçuya, sirr və rahat həyata işarə edir.