Yuxuda Buynuz Görmək

Yuxuda Buynuz Görmək Yozması Nədir?

yuxuda buynuz gormek yozması nedir

Yuxuda insanın buynuzunun olduğunu görməsi güc və qüvvətdir. Dövlət başçılarının iki buynuzu olduğunu görmək şərq və qərbə oyanacaq səltənətdir. Yuxuda vəhşi heyvanda buynuz olduğunu görmək zülm etməyə, ev heyvanlarının buynuzu olduğunu görmək kədərə və üzüntüyə işarə edir. Dostunuzla problem yaşayacaqsınız və yollarınızı ayıracaqsınız. Kəsilmiş buynuz görmək çətinliklə və ya problemlə üzləşəcəksiniz deməkdir. Bu həm də pul itirəcəyinizə yozulur. Özünüzü buynuzlu görmək, maddi və mənəvi cəhətdən çox yaxşı vəziyyətdə olduğunuz üçün, sizi tanıyanların paxıllığına səbəb olması kimi yozulur. Yuxuda buynuz müəyyən arzuların yerinə yetirilməsidir. Buynuzlu heyvan yad adamdan alınacaq xoş xəbərdir.

Yuxuda buynuz tərəddüd əlamətidir. Buynuzu olmaması gərəkdiyi halda bir heyvanı buynuzlu görmək misal üçün pişiyi gözlənilən bir şeyin olmayacağına işarədir. Divardan böyük buynuzlu maral başını asılmış görmək arvadının ona xəyanət etdiyinə işarədir. Bir heyvanın buynuzu ilə yaralandığını görmək pis xəbər alacağınıza və çox üzüləcəyinizə işarədir. Bəziləri deyirlər: yuxuda buynuz sevgi ilə yozulur. Buynuzlu heyvan görmək, həyat yoldaşınız tərəfindən sevildiyinizə, subaysınızsa, gələcəkdə evlənəcəyinizə işarədir. Bir şərhə görə, yuxuda buynuz görmək həm də davaya yozulur. Evdə bəslədiyi pişiyin və ya itin birdən buynuzunun çıxdığını görən özünə yeni düşmən qazanıb və bundan ehtiyyat etməlidir. Bir atı buynuzlu görmək, düşmənçiliyə məruz qalaraq məhkəməlik olacağınıza işarədir. Buynuzlu heyvanın qəfildən buynuzlarının yox olduğunu görmək düşmənlərindən qurtulduğuna dəlalət edir.

Həmçinin Bax: Yuxuda At Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir