Yuxuda Çılpaq Görmək

Yuxuda Çılpaq Görmək Yozması Nədir?

Yuxuda Çılpaq (Lüt) Görmək Yozması Nədir

Təmiz bir insanın özünü yuxuda çılpaq görməsi, hər cür qayğıdan, kədərdən, təşvişdən xilas olacağına yozulur. Əxlaqsız adamın yuxusunda özünü çılpaq görməsi, kədər, üzüntü və nigaranlığa düşəcəyinə yozulur. Yuxuda paltarının cırıq olduğunu görmək, firavanlığa nail olacağına yozulur. Əgər adamın üstündəki paltarı cırılmayıbsa, gördüyü yuxu, onun sıxıntı və kədərə düçar olacağına işarə olaraq yozulur. Yuxuda paltarını çıxardığını görmək, dost kimi görünən və düşmənçiliyini gizlədən düşməninin olması kimi yozulur. Yuxuda bir məclisdə özünü çılpaq görmək, həmin şəxsin rüsvay olacağına yozulur. Yuxusunda hardasa tək başına özünü çılpaq görən şəxsin, düşməni tərəfindən bir səhvinin araşdırıldığına, lakin buna müvəffəq olmayacağına işarədir.

Yuxuda çılpaq (lüt) olduğunuzu və camaatın qarşısında utandığınızı, ancaq ört-basdır edəcək bir şey tapa bilmədiyinizi görmək, zərər edərək yoxsullaşacağınıza işarə edir. Kədərli bir insanın yuxuda özünü çılpaq görməsi, o şəxsin qəm və kədərdən qurtulacağına yozulur. Bəzi yuxu təfsirçilərinin çılpaqlıqla bağlı təfsirləri belədir: Cabirul-Məğribinin yozmasına görə: Anadan gəlmə çılpaq olduğunu görmək, zəhmət və sıxıntı çəkəcəyinizə, camaat qarşısında rüsvay olacağınıza işarədir. Yuxuda üstündəki paltarı çıxarıb çılpaq qaldığını görmək, sizə sevgi göstərən hiyləgər düşmənin sizi təqib edəcəyinə yozulur. Kirmaninin təfsirinə görə: Məsciddə soyunduğunu görmək, o şəxsin günahlarından qurtulacağına yozulur. Başqa bir rəvayətə görə, onun dini vəzifələrini yerinə yetirmək üçün səy göstərəcəyinə dəlalət edir.

Yuxuda Çılpaq (Lüt) Görməyin Mənası və Təfsiri

Yuxudakı çılpaqlıq daxili üzünüzün rahatlığına işarə edir. Bəzən insana peşmanlıq verəcək bir şeyə işarə edir. Bir insan yuxuda paltarını soyunduğunu görsə, dost kimi görünən və düşmənçiliyini gizlədən, zahirdə nəsihət verən bir düşməni olduğunu başa düşər. Əgər övrət yerini görməyən şəxs çılpaq olduğunu görsə və camaatdan da utanmazsa, bir iş görəcək və işdə zəhmət çəkib yorulacaq. Camaatın övrət yerinə baxdığını görən adam dövlət qulluqçusudursa, vəzifəsindən və rütbəsindən ayrılar. Əgər xəstə biri sarı paltar soyunduğunu görsə, bu, insanın sağalacağına yozulur. Qırmızı və qara paltar soyunmağın mənası da budur. Soyunduğu paltar çirkli olsa, qəmdən qurtular. Bəzi tərcüməçilər deyiblər ki, çılpaq (lüt) olmaq ittihamlardan qurtulmaq deməkdir. Əgər qul biri özünü soyunyb lüt görsə, azad olar. Yuxuda ölü biri çılpaq görülsə və onun övrət yeri örtülü halda görülsə, bu, ölən insan dünyadan yaxşı əməllər etmədən getsə də, cənnət nemətlərinə qovuşacağına dəlalət edir.

Yuxuda qəmgin insan çılpaq görünsə, o insan öz qəm və kədərindən qurtular. İbadət əhli insanlar üçün yuxuda çılpaq olmaq təqvalarına və yaxşı əməllərinə dəlalət edir. Kişinin yuxuda çılpaq olması, həcc ziyarətinə dəlalət edir. Əgər yaxşı işlərə dəlalət edəcək dəlil görülsə. Bəzi tərcüməçilərə görə, yuxuda çılpaq (lüt) olmaq qadın düşkünlüyünə işarədir deyiblər. Bir qadının yuxuda qara paltarını soyunduğunu və çılpaq qaldığını görməsi, qaranlıqdan sonra aydınlığa qovuşacağına işarədir. Çünki qadın gecə kimi təfsir olunur. Qadın qaradırsa, qaranlıq gecə, ağdırsa, aylı gecə kimi təfsir olunur. Yuxuda çılpaq (lüt) olmaq yeni paltar geyinməyə yozulur. Xəstə, paltarını soyundurulub, paltarının zorla ondan alındığını görsə, vəfat etməsinə yozulub. Qadının çılpaq (lüt) olması onun evini tərk etməsidir. Qadının yuxuda çılpaq olduğunu görməsi yaxşı deyil, evlidirsə, boşanar. Qadın özünü bazarda və ya ictimai yerlərdə başı açıq, bədəni çılpaq görsə, ya özünə, ya həyat yoldaşına, ya da sevdiyinə bəla gələr. Gənc və ya yaşlı bir qadının özünü çılpaq görməsi yaxşı deyil.

Yuxuda Çılpaqlıq Görmək Nə Deməkdir?

Yuxuda çılpaq olduğunu və camaatdan utandığını və özünü örtəcək bir şey istədiyini görmək, həm camaat arasında biabır olar, həm də sirri bilinər. Çılpaq olsa da, utanmayan və üstünü örtmək üçün heçnə istəməyən, həccə gedər. Ədəb yerinin örtülməsi şərti ilə çılpaqlıq görmək, bağışlanmağa və qələbəyə işarədir. Ancaq bu təfsir yuxu görən şəxs buna layiqdirsə, etibarlıdır. Əks halda xeyrə yozulmur. Cabir əl-Məğribiyə görə, ədəb yerinin tam açıq olması xəcalət və rüsvayçılıqdır. Bir qadının ədəb yeri açıq halda çılpaq görmək, xalq arasında rüsvay olmasına və münaqişələrə məruz qalmasına dəlalət edir. Ancaq yuxu görən yaxşılığı ilə tanınırsa, bu yuxu ona zərər verməz. Bu, hətta bağışlanmasına işarədir. Kirmani dedi: Bir iş üçün soyunduğunu, çılpaq olduğunu görən, əgər iş dini (qüsl kimi) olarsa, xeyir və ibadət kimi yozulur. Ancaq soyunmağa səbəb olan iş dünyaya aid olsa və zina kimi pis bir işə əsaslansa, yuxu görən dünyada fayda görər, ancaq axirətdə məyus olar.

Bazarda və ya bir qrup adamın arasında öz ədəb yeri ilə birlikdə bütün bədəninin çılpaq olduğunu, hamının ona baxdığını və bu vəziyyətdən utandığını görən, bilinməsini istəmədiyi və hər kəsdən gizlətdiyi bir ayıbı üzə çıxar. Məsciddə soyunan günahlarından pak olar. Bir görüşə görə, ibadət və itaətlə yaşayar. Dini vəzifələrini ən doğru şəkildə yerinə yetirmək üçün canla-başla çalışar. Öz ədəb yerinini və bədəninin bəzi yerlərini örtəcək bir şey olduğunu görən, malının çox hissəsini itirər. Ancaq dolana biləcəyi qədər malı qalar. Xəstə biri çılpaq olsa da, heç kim ona baxmasa və övrət yerini açdığını hiss etməsə, sağalar, borcu varsa, borcunu ödəyər, zəngin olsa, malını itirər, evini satar və ya həyat yoldaşını tərk edər. Başqa bir təfsirdə isə tövbəyə və ya dünyadan uzaqlaşıb axirətdə yönəlməyə işarədir. Yuxusunda çılpaq (lüt) qaçan, layiq olmadığı bir cinayətdə ittiham olunar. Düvlət məmurudursa, vəzifəsindən uzaqlaşdırılar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir