Yuxuda Çoban Görmək

Yuxuda Çoban Görmək Yozması Nədir?

Yuxuda Çoban Görmək Yozması Nədir

Yuxuda çoban görmək, müəllimə, məmura, hakimə, xalqın böyük şəxsiyyətinə işarə edir. Çoban bəzən ədalətlə hökm edən şəxsə işarə edir. Yuxuda qoyun çobanı olduğunuzu görmək qəyyumluğa və səriştəli olanlar üçün yüksək məmurluğa yozulur. Yuxuda donuz çobanı olduğunuzu görmək ailənizi və cəmiyyətinizi xristian dini və dünyagörüşü ilə formalaşdırmağa çalışacağınıza işarədir. Yuxuda çoban olmaq məsuliyyətə, ev əhliə görə cavabdeh olmağa işarədir. Yuxusunda özünü çoban kimi görən şəxs cəmiyyətdə öz layiq olduğu yerinə çatar və başqalarına böyük yaxşılıq edər. Yuxuda çoban olmaq və ya çobanlıq etmək sərvət və ruziyə işarədir. Əbu Səid Əl Vaizə görə: çoban görmək, çobanlıq etmək dövlət qulluğu və böyüklüyə yozulur. Çoban qoyun sürüsünü otaran zaman bir heyvanı qurdun (canavarın) qapdığını və digərlərinində qaçdığını görmək, hökumətin zülmü üzündən camaatın həmin yerdən qaçmasına dəlalət edir.

Daniel (ə) buyurur: qoyun çobanlığı etdiyini görənlər xeyir və fayda əldə edər. Yuxuda At çobanlığı etmək, dövlət qulluğuna, eşşək çobanlığı etmək şərəf və uğura, öküz çobanlığı etmək şərəf və şöhrətə işarədir. Yuxuda dəvə otaran çoban görmək bərəkətə, həccə getməyə işarədir. İbn Sirinə görə; yuxuda çoban olub mal-qara sürüsü otaran dövlət qulluğuna girər. Bir çobanla danışdığınızı görmək, iş tapmaq üçün bir yerə müraciət etdiyinizə və ya işinizi tərk edib başqa bir yerə işə girəcəyinizə işarədir. Sürülərini otararkən, ağaca söykənib tütək çaldığını və ya bir çobanın çaldığı tütəyi dinləyən, ölümünü gözləmədiyi adamın qəfil ölümünə görə, ondan miras qalacağına işarə edir.

Yuxuda Çoban Görməyin Mənası Və Təfsiri

Səlimiyə görə: Yuxuda çoban olduğunu, qoyun otardığını görmək, işlədiyin işdə başçı olacağına işarə edir. Çoban olduğunuzu və tütək çaldığınızı görmək, əmrinizdə olanlara və ya dostlarınıza yaxşılıq edəcəyinizə işarədir. Qoyunları kəndə sürdüyünüzü (hayladığınızı) görmək, yerləşdiyiniz yerin insanları tərəfindən sevildiyinizə işarədir. Başqa bir rəvayətə görə: çoban görmək yaxşıdır. Çoban, müəllimə, məmura, hakimə işarədir. Əgər yuxuda qoyun otardığını görsə, amma harada otaradığını bilmirsə, mənasını yaxşı bilməsə də, Quran oxuyar.

Yuxuda görülən çoban xalqın ağsaqqallarıdır. Çoban görmək, xalqı mərhəmət və ədalətlə idarə etməyə işarədir. Ancaq donuz çobanını görmək müstəsnadır. Bu halda təfsir xristian olan və bidət sahibi insanlarla oturub durmağa işarədir. Yuxuda çoban çubuqu (ağacı) görmək bir şeyə görə pisləməyə və başa qaxmağa işarədir. Əgər çubuq qamçı və buna bənzər bir şey olsa, o, kimisə alçaltmağa, viran etməyə, yüksəlməyə, mal-mülkə, xeyir-şərə kömək etməyə işarədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir