Yuxuda Dəfn Mərasimi Görmək

Yuxuda Dəfn Mərasimi Görmək Yozması Nədir?

Yuxuda Dəfn Mərasimi Görmək Yozması Nədir

Yuxuda Dəfn Mərasimi GörməkBir dəfn mərasimində namaz qıldığını görən şəxs Allah rizası üçün bir qövmə qardaş olar. Bəzi təfsirçilər yuxuda dəfn mərasiminin münafiq biri olduğunun, pis bir qövmün onun əlində həlak olacağını demişlər. Əgər bir şəxs özünü dəfn və tabuta qoyulduğunu görsə, amma heç kimin onu daşımadığını görsə, həbs edilər. Əgər görsə ki, tabut və meyiti daşıyırlar, dövləti və sultanlığı olan bir şəxsə tabe olar və ondan mal almaqdan faydalanar. Cənazənin özündən sonra getdiyini görənin dini pozuq olar. Özünü meyit və tabut üzərində görən adamın malı çox olar. Əgər bir şəxs özünün qaldırılıb tabuta qoyduldğunu və bəzi adamların onu çiynində daşıdığını görsə, o şəxs izzət və hökmranlıq qazanar və xalqı qorxuya salaraq onların başının üstündə olar. Küçədə dəfn mərasimi görmək həmin küçədəki dükanlarda olan malların satılmasına dəlalət edir. Yuxuda tabuta qoyulmaq, tabutun dəyərinə mütənasib bir rütbəyə, dəniz və ya quru yolu ilə səyahətə işarə edir.

Yuxu görənin yuxuda dəfn mərasimində iştirak edənlərin sayı qədər nüfuzu olar. Üstündə ağlandığını görənin, sonu gözəl və tərifə layiq olar. Əgər ağlamayıb qeybətini etsələr, aqibəti yaxşı olmaz. Əgər üstündə gözəl dua edilərsə, aqibəti yaxşı olar. Yuxuda vali, tacir, rəis və ya sənətkar tabutun üstündə ikən özünü yerdə gəzdiyini görsə, gəmiyə minəcəklərinə işarədir. Havada cənazənin getdiyini görən adam, başçının və ya alimin ölümünə görə problemə düçar olar. Yaxud, dəyərli və fəzilətli insan qürbətdə və ya müharibədə vəfat edər. Bəzi cənazələrin məlum qəbirlərə aparıldığını görmək onun səlahiyyətli və bilicilərinin əldə edəcəyi haqqa dəlalət edir. Bir çox cənazələrin bir yerə qoyulduğunu görmək o yerin əhalisinin günah və zina ilə çox məşğul olduğuna dəlalət edir. Özünü cənazə daşıdığını görən şəxs haram mal sahibi olar. Qadın özünü ölü görsə, evlənər. Əgər evli olsa, dini pozular.

Yuxuda Dəfn Mərasimi Görməyin Mənası Və Təfsiri

Camahatın bir dəfn mərasimində yeridiyini görmək, dəfn sahibinin həmin camaatın başçısı olacağına və ya bu münasibətlə onlara işgəncə verəcəyinə dəlalət edir. Meyiti götürən şəxs savab qazanar. Dəfnində hazır olduğunu görən iki karat savab qazanar. Savabın bolluğunu və əzəmətini Allahdan başqa heç kəs saya bilməz. Meyitin və onu daşıyıcıları ilə uçduğunu görmək həmin bölgədə yaşayan dəyərli bir insanın ölümünə işarədir. Əgər cənazə tanınmış biridirsə, vəfat edər. Yerə qoyulmuş bir ölünün öz-özünə getdiyini görən gəmiyə minər. Bir yerdə böyük cənazənin qoyulduğunu görmək, orada yaşayanların pis işlər görəcəyinə dəlalət edir. Kirmaniyə görə, kim görsə ki, dəfn işlərini idarə etməkdə vəzifələndirilib, toy təşkil edər. Bəziləri demişlər: Hər kim cənazəsinin yüksək vəzifəli şəxslər tərəfindən aparıldığını görsə, çox yüksək vəzifəyə gələr. Yuxu sahibinin cənazəsini götürənlər aşağı təbəqədəndirsə, vəziyyəti pis olar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir