Yuxuda Minmək Görmək

Yuxuda Minmək Görmək Yozması Nədir?

Yuxuda Minmək Görmək Yozması Nədir?

Yuxuda At, eşşək və s kimi minməyin adət olduğu heyvanlara yəhərli və qamtarğasını tutaraq minmək görmək böyüklük və hökmranlığa yozulur. Bu heyvanları yəhərsiz sürmək (minmək) nəfsə uymağa yozulur. Heyvanı tərsinə minmək, məsləhətə qulaq asmayıb öz bildiyini etməyə, çətin anlarda insanlara arxa çevirməyə ya da normal olmayan yerdən və ya menstruasiya zamanı partnyoruna yaxınlaşmağa dəlalət edir. Qoyun kimi minik vasitəsi olmayan ev heyvanları minmək, insanlara zülm etməyə yozulur. Aslan, qurd və s kimi vəhşi heyvanlara mindiyini görmək nəfsin azğınlığına və söz dinləməməyə yozulur. Əhli Olmasada at minmək, əyər gözəl minirsə ucalığa və nəfsə hakimiyyətə, qorxaraq minirsə nəfsin istəklərinə uymağa yozulur.

Bir ata mindiyinizi görmək muradının olacağına, atdan enmək bu yuxunun tərsi olaraq şərh olunur. Başqa bir rəvayətə görə, bir kəs yuxuda bir heyvana mindiyini görsə nəfsinə uyar. Yuxuda doğru minməyə bacarmıyaraq bir ata mindiyini görən nəfsinin istəklərinə tabe olar. Maşına minməkdə eyni şəkildə təfsir olunur. Əgər yaxşı minsə, atı və özünü yaxşı tutsa o şəxs nəfsinə hakim olar. Yuxuda gözəl bir ata minmək böyük şərəf və etibar əlamətidir. Mindiyi at sakit və itaətkardırsa, onun böyüklük və mərtəbəsinin artacağına dəlalət edir. Mindiyi atın iki quyruğunun olduğunu görmək bir çox dost və yoldaşının olduğuna işarədir.

Yuxuda Avtomobilə (Maşına) Minmək Görmək

Yuxuda sürücülük vəsiqəsi və bacarığı olanın özəl avtomobilə (maşına) minməsi şöhrət, hökmranlıq və xeyrə, Bacarığı olmayanın minməsi, əgər qayda qanuna uyğun olaraq və qəza etmədən minirsə bir arzunun yerinə yetməsinə, əks halda kədərə işarə edir. Normal olmadığı halda ağır vasitə və bənzərlərinə minmək nəfsə uymağa, peşəsindən dolayı minirsə qazanc və xeyrə işarət edir. Yuxuda hərhansı bir nəqliyyat vasitəsinə minmək, yeni bir iş alacağınız deməkdir. Bir avtomobilə (maşına) mindiyini görmək, başqalarının köməyi ilə bir çox xeyir görəcəyinə işarədir.

Bir insan çiyninə minmək zorla olarsa ona haqsızlıq etməyə, bu, həmin şəxsin öz istəyi ilə olarsa, yükünü və əzabını həmin şəxsin bölüşdüyünü göstərir. Yuxuda buluda minmək yağışa, ulduz və aya minmək, böyüklük və əzəmətə, günəşə minmək, kahrla bərabər yaxşılıq etməyə yozulur. Meyvəli ağacın budağına minmək (oturmaq) zəngin birindən istifadə etməyə, meyvəsiz ağacın budağına minmək (oturmaq) xəsis və yoxsul birinə yaxınlaşmağa işarə edir. Zəyif, incə bir ağacın budağına minmək (oturmaq) uşaq tərbiyəsində qatı davranmağa, mindiyi şeydən aşağı enmək, işindən ayrılacağına yozulur.

Həmçinin bax: Yuxuda At Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir