Yuxuda Palçıq (Çamur) Görmək

Yuxuda Palçıq (Çamur) Görmək Yozması Nədir?

Yuxuda palçıq (çamur) görmək din və mal-dövlətlə, işi torpaqla bağlı olan adam üçün qazanca işarədir. Palçıq yemək mal toplamağa yozulur. Evinizi palçıqla suvaq etdiyinizi görmək saleh bəndə olmağa yozulur. Kəbənin divarını palçıqla suvaqlamaq həccə getməyə işarədir. Peyğəmbərimizin (s.ə.s.) qəbrini suvaq etdiyini görmək onu ziyarət etməklə bərabər həcc etməyə işarədir. Məscid suvamaq İslama xidmət etməklə şərəf və savab qazanmaq deməkdir. Sulu çamurda gəzmək üzüntü və kədərə yozulur. Sulu çamur görmək pis əxlaqlı insana, düşmənçilik və sıxıntıya, borc və namusdan danışmağa işarə edir. Quru palçıq (çamur) görmək ruziyə yozulur.

Xəstə birinin palçıq görməsi xəstəliyinin çoxalmasına, palçıq (çamur) qarışdıran birini görmək kədərə işarə edir. Yuxuda palçıq görmək xəbərdarlığa işarədir və diqqətli davranılması lazım olan hadisələrin baş verəcəyinə və hal-hazırda hansısa səhv işlərlə məşğul ola biləcəyinizə işarədir.Həmişə pis yozulan yuxulardan biridir. Çamura girdiyini görən adam mütləq bir sıxıntıya düşər. Bu çamur palçıqdırsa sıxıntı artar. Ancaq çamurları təmizləyən bir müddət sonra sıxıntılarından qurtulacaq deməkdir. Əgər yuxuda yerdən palçıq götürdüyünü görmüsünüzsə, bu, düşməninizə baş əyəcəksiniz deməkdir. Palçıq ailə həyatınızda da gərgin günlər yaşayacağınız anlamına gəlir. Demək olar ki, bütün çətinlikləri simvollaşdırır.

Yuxuda palçıq görmək pul və var-dövlətə yozulur. Küçədə gedərkən üzərinizə palçıq (çamur) sıçradığını görmək, yeni bir iş sahibi olacağına yozulur. Palçığa düşdüyünü görmək gözlənilməz miras kimi yozulur. Palçıqda (çamurda) bir şey tapdığınızı görmək lotereyadan və ya buna bənzər bir yerdən əliniziə pul keçəcəyinə işarədir.

Yuxuda Palciq (Camur) Gormeyin Menasi Ve Tefsiri

Yuxuda yağış suyundan dolayı meydana gələn palçıq (çamur) görmək xeyirli deyil. Rəvayətə görə, palçığa ayaq basmaq dünya işləri ilə məşğul olmağa və düşünməyə dəlalət edir. Başqa bir rəvayətə görə: Yuxuda görülən palçıq xəstəlik və zillətdir. Bu yuxu palçıq düzəldərək dolanışığını təmin edən hər kəs üçün xeyirlidir. Palçıqla bina tikmək din və iman əlamətidir. Quru palçıq malların bir hissəsidir. Kim evini yaş palçıqla suvaq etdiyini görsə, saleh adamdır. Palçıq yediyini görən adam ondan yediyi qədər mal yeyər. Yuxuda bina üçün palçıq düzəldildiyini görmək ruzi və faydaya işarədir. Palçığa (çamura) girib özünə palçıq (çamur) sürtdüyünü görən, xəstə və bədbəxt olar deyiblər. Qatı və quru palçıq pul cinsindən maldır. Yaş palçıq, vəziyyətin yaxşılaşmasıdır. Bişmiş palçıq yemək qeybət və böhtandır.

Yuxuda xəstə üçün palçıq görmək narahatçılıqdır. Bir insanın yuxuda sulu çamurda yeriməsi, bu, həmin şəxsin düşəcəyi kədər və qəm-qüssə, çatacağı fitnə və sıxıntıya dəlalət edir. Xəstə olmayan şəxs yuxuda yeridiyini və ya palçığa girdiyini görsə, bəla və ya zindana və ya müxtəlif bəlalara işarə edir. Palçıqdan qurtulduğunu və ya paltarını və bədənini palçıqdan təmizlədiyini görən insan dinən günahdan və ya dünya qəmindən azad olar. Əgər palçıqdan qurtula, paltarını təmizləyə bilməsə, o adama dəyən palçıq miqdarında günah və qəm-qüssəyə düçar olar. Bir insan yuxuda saçının və saqqalının sulu çamurda olduğunu görsə, o şəxsin əkinçiliklə, torpaq-palçıq işləri ilə məşğul olmasına dəlalət edir. Yuxuda palçıq düzəltiyini görən, yaxşı əməl işləyər. Bəzən palçıq düzəldən kimisə görmək üzüntü və kədərə işarədir.

Həmçinin Bax: Yuxuda Palçıq (Lil) Görmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir