Yuxuda Qoz Ağacı Görmək

Yuxuda Qoz Ağacı Görmək Yozması Nədir?

yuxuda qoz agaci gormek yozmasi nedir

Kirmani dedi: Yuxuda qoz ağacı görmək qəhrəman, güclü, optimist lakin əsəbi bir insana yozulur. Yuxusunda qoz ağacına dırmaşdığını görən belə bir adamla dost olar. Qoz ağacını kökündən qopardığını və ya kəsdiyini görən helə bir adamı öldürər. Qoz ağacının üstünə yıxıldığını görmək dostunuzun vəfat edəcəyinə işarə kimi yozublar. Qoz ağacının kölgəsində oturmaq və ya ona söykənmək belə bir insanın himayəsinə və ya gücünə dayandığınıza işarədir. Qoz ağacının yarpaqlarının düşdüyünü və ya yığdığını görən belə bir adamdan xeyir görər, əlinə mal keçər. Qoz ağacının quruduğunu və ya yandırıldığını, qırıldığını və aşdığını görmək belə bir insanın vəfatına yozulur.

Başqa bir rəvayətə görə: Qoz ağacı görmək sinirli və əsəbi kişiyə işarədir. Yuxuda qoz ağacından qoz yığmaq, yuxu görənin böyük bir mirasa sahib olacağına işarədir. Bir insan yuxuda özünü qoz ağacında görsə, bu, yuxu görənin çətin qarayağız bir adama söykəndiyinə işarədir. Qoz ağacından endiyini görsə, o adamlarla işbirliyinin davam etməyəcəyinə dəlalət edir. Qoz ağacının kölgəsində oturmaq yuxu görənin dövlət qapısına söykənəcəyinə işarə edir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir