Şir Bürcü Haqqında Ümumi Məlumat (Xüsusiyyətləri)

Şir bürcü xüsusiyyətləri (24 İyul– 23 Avqust)

Zodiakın 12 bürcündən beşincisi olan Şir bürcü hər il İyulun 24-dən başlayıb Avqustun 23-nə kimi davam edir. Ulduz cədvəlinizdə Şir planetinin yerləşməsinə sahib olmasanız belə bir çox planet il boyunca Şir bürcünü ziyarət edərək atəş enerjisini oyandırdığı üçün bu enerjiyi anlamaq vacibdir.

Şir bürcü haqqında bilməli olduğunuz vacib xüsusiyyətlər…

  • Simvolu: Şir
  • Elementi: Atəş
  • Təbiəti: Sabit
  • Hakim planeti: Günəş
  • Rəng: Qızıl sarısı, sarı, Narıncı
  • Gün: Bazar
  • Uğurlu rəqəmlər: 1, 3
  • Uğurlu daşları: Əqiq, Kəhrəba, Oniks, Topaz daşı
  • Müsbət xüsusiyyətləri: Cəsur, mehriban, səxavətli, sadiq, qoruyucu, səmimi, əyləncəli
  • Mənfi xüsusiyyətləri: Təkəbbürlü, israfçı, səliqəsiz, daş ürəkli, qısqanc, aqressiv
  • Sevdiyi şeylər: Kameralar, mahnı oxumaq, yaxınlıq etmək, komplimentlər, gözəl paltarlar, teatr, bahalı əşyalar, tətillər
  • Sevmədiyi şeyler: Göz ardı edilmək, yumşaq yeməklər, tək olmaq, vidalaşmaq, kral və ya kraliça kimi davranılmaması
  • Gizli bağımlılıqları: dünyanı idarə etmək
  • Güclü tərəfləri: Yaradıcı, ehtiraslı, səxavətli, mehriban, şən və zarafatcıl olmaları
  • Zəyif tərəfləri: Həyasız, inadkar, eqosentrik, tənbəl, sərt

Şir bürcünün şəxsi xüsusiyyətləri

Bürclər üç fərqli keyfiyyətə görə qruplaşdırılır: kardinal (Lider), dəyişkən və sabit bürclər. Şir dörd sabit bürcdən biridir; digər üç sabit bürc Buğa, Əqrəb və Dolçadır. Bu bürclər hər mövsümün ortasına təkabül edir. Bunlar tarazlıq bürcləridir; Onlar özlərinə məqsəd qoyurlar və sonra tikintiyə başlayırlar. Onlar qabaqcıl bürclərin irəli atdığı maraqlı ideyaları qəbul edir və onları konkret bir şeyə çevirirlər.

Şir bürcü, atəş elementinin idarə etdiyi üç bürcdən biridir (digər ikisi Qoç və Oxatandır). Şir bürcün Zodiakın ikinci atəş bürcü olduğundan, Şirin istiliyi bir qığılcımı hər kəsin hiss edə biləcəyi böyük bir atəşə çevirir. Bir çox Şir bürcü doğuşdan sənətkar və lider olaraq doğulur. Şir bürcü planetar dövranın təsiri altında olduqda, hamımız diqqət mərkəzində olmaq istəyirik. Eyni zamanda, insanların damarına basan, həddən artıq tələbkar, rəislik edərək insanları dəli edən insanlara çevrilə bilərik.

Atəş elementi ilə əlaqəli olan Şir bürcü mehriban və həyat doludur. Həmişə gülümsəməyə və yaxşı vaxt keçirməyə çalışır. Ən çətin problemləri belə həll edə bilən zəkaya malik olan Şir bürcü bir çox mürəkkəb vəziyyətlərin həllində asanlıqla təşəbbüskarlıq edir. Günəş tərəfindən idarə olunan, kainatımızın mərkəzində dayanan Şirlər özünü dərk etməyə çalışır və onların eqosu daim böyüyür (Günəş həm də eqo və kişi enerjisini təmsil edir). İstəklərini və şəxsiyyətlərini bildikləri üçün ehtiyac duyduqları hər şeyi asanlıqla istəyə bilirlər, amma digər insanların ehtiyaclarını da asanlıqla görməməzliyə vura bilərlər. Şir bürcü öz nailiyyətləri və başqalarının onları necə gördüyü ilə həddən artıq aludə olarsa, onlar bir yem halına gələr və tez bir zamanda yıxıla bilərlər.

Şir bürcünün enerjisi təbii olaraq ifadəliparlaqdır. Bu, bizi ən çox istədiyimiz layihələrsevdiklərimiz barədə qoruyucu edər. Bu, bizə ürəyimiz tərəfindən idarə edilməyə imkan verir. Şir planetar keçid zamanı istəklərimizin əzəmətinə təslim olur. Şir bürcü enerjisi qrupdakı hər bir fərdin dəyərli olduğunu unudaraq ətrafımızdakı insanlara xor baxmağımıza səbəb ola bilər. Bununla belə, biz Şir bürcünün intuisiyasını güclü liderliyə yönəldə bilərik və hamının günəş işığından həzz almasına icazə verə bilərik. Düzgün istifadə edildikdə, Şir enerjisi digər insanları oyadır, canlandırır və gücləndirir.

Şir bürcü qadınları

Şir bürcü qadınları – Sevgi

Atəş elementinə bağlı olan Şir qadını ehtiraslı və mehribandır; emosiyalarını asan və aydın şəkildə göstərir. Aşiq olduqları zaman oynaq, sadiq və sevdikləri insana qarşı olduqca səxavətli olurlar. Ovunun arxasınca gedən şir qadın şiddətlidir, onunla ovunun arasına düşən hər şeyi necə aradan qaldıracağını bilir.

Şir bürcü qadınları – Cinsəllik

Şir bürcü qadınları romantikanın dilini çox yaxşı bildikləri üçün onların seksuallığı kifayət qədər instinktiv ola bilər. Fiziki dünyadan möhkəm yapışan Şir qadınları bədənləri və cinsəllikdə özünə güvənən və güclüdür. Nəfslərindən, zövqlərindən və cinsiyyətlərindən heç vaxt utanmadığı üçün həddindən artıq iffətli olmağı sevmirlər. Əgər insan bədənindən və onunla edilə biləcək əyləncəli, qəribə və ecazkar şeylərdən utanırsınızsa, bu vəhşi pişik sizə günün sonunda hamımızın sadəcə bir heyvan olduğumuzu xatırlatmaq üçün dahiyanə bir yol tapacaqlar.

Şir bürcü qadınları – Münasibətlər

Demək olar ki, bütün münasibətlərində lider rolunu öz üzərlərinə götürürlər; müstəqillik və təşəbbüskarlıq ehtiyaclarından yapışırlar. Bu vəziyyət onların partnyorlarını zaman-zaman bezdirə bilər və Şir qadınının öz iradəsini ortaya qoyması və onların qarışmaması lazım olan şeylərə qarışmağa başlaması xüsusilə əsəbi olur. Şir bürcü qadını özünü dərk edən, məntiqliözü qədər ağıllı biri ilə birlikdə olmalıdır. Həmçinin, bu adam özünü ifadə etmək və özləri üçün mübarizə aparmaq üçün güclü gücə sahib olmalıdır, əks halda Şir bürcünün günəşi onları yandıra bilər.

Şir bürcü qadınlarının Sevdikləri və Sevmədikləri Şeylər

Parlaq tünd rənglər, güclü saçlar, stiletto ayaqqabılar…Əksər Şir qadınları güclərini vurğulayan bu cür şeylərlə diqqət çəkməyi sevirlər; çox danışılacaq qeyri-adi şeylər geyinməyi xoşlayırlar, baxmayaraq ki, hamısı o qədər də iddialı deyil. Şir qadını, hökmranlıq sahəsi olan evinin hər kvadrat santimetrini bəzəməyi sevir. Yaşadığı yerdə çox az bir müddət yaşasa belə, buna vaxt sərf etməyi xoşlayır.

Şir bürcü qadınlarına nə Hədiyyə Etmək Olar?

Şir qadını dəbdəbəni sevir; parlaq rəngli, daş-qaşlı, göstərişli paltarları xoşlayır. Nə qədər çox daş olsa, bir o qədər yaxşıdır; istər süni almaz, istərsə də Swarovski kristalı. Əsl daşları daha çox sevsə də, dizaynda orijinal və zərif hər şeyi sevəcək.

Şir bürcü kişiləri

Şir bürcü kişiləri – Sevgi

Şir bürcü, romantik münasibətlərində padşah kimi davranılmasını istəyir; bu onun narsist deyil özünə hörməti yüksək olan bir insan anlamına gəlir. Onunla planlarınız həmişə böyük və həyəcanlı olacaq. Şir bürcü kişisi aşiq olanda çoxlu hədiyyələr verir və bu hədiyyələrin əksəriyyəti bahalı əşyalardır. Onunla birlikdə olmaq istəyən hər kəs kral ailəsinə daxil olmağa layiq olduğunu sübut etməlidir. Şir bürcü həm də iltifat almağı xoşlayır; Özlərinə güvənən görünsələr də, sevdiklərinin yanında olduqları zaman özlərini təhlükəsiz hiss etmək üçün tərifə ehtiyacları var.

Şir bürcü kişiləri – Cinsəllik

Şir bürcü kişiləri sevginin istiliyi sıx bir əlaqənin alovunu hiss etmək istəyən ehtiraslı və əyləncəli sevgililərdir. Şir bürcü kişiləri üçün cinəllik son dərəcə vacibdir və onlar özlərini toxunuşla ifadə edirlər. Həm də məhəbbətini ictimaiyyətə göstərməyinə də hazır olun, çünki Şir bürcü yalnız əllərinizi tutmaqla kifayətlənməyəcək.

Şir bürcü kişiləri – Münasibətlər

Şir bürcü kişisini dəli etməyin ilk yolu ona məhəl qoymamaqdır. O, zərif sözlərdən istifadə edərək effektivliyini artırmağa çalışır, lakin bu, ən çox beş dəqiqə çəkir. Qısa zaman ərzində, o özünü ölü kimi göstərən siçanla oynamaqdan yorulan pişik kimi həvəsdən düşəcəkdir. Bu böyük pişiyi cəlb etmək istəyirsinizsə, onun mükəmməlliyinə heyran olduğunuzu göstərin və çoxlu təriflər söyləyin.

Şir bürcü kişilərinin Sevdikləri və Sevmədikləri Şeylər

Şir bürcü kişisi harada olursa olsun diqqət mərkəzində olmağı xoşlayır. Enerjili, şən və bir qədər uşaq kimi olan Şir bürcü kişiləri özlərini canlı hiss etməyi və coşğularını birlikdə vaxt keçirdikləri insanlarla paylaşmağın bir yolunu tapmağı sevirlər. Onların canlı və cazibədar şəxsiyyətləri son dərəcə cəlbedicidir.

Şir bürcü kişilərinə nə Hədiyyə Etmək Olar?

Şir kişiləri yemək bişirməyi sevməsələr də, yaxşı yeməyi xoşlayırlar. Çoxlarının bəyəndiyi gözəl restoranda yaxşı şam yeməyi yaxşı seçim ola bilər; əlbəttə ki əgər o, indiyə qədər min dəfə getmədiyi bir yerdirsə. Şir bürcü kişiləri qeyri-adi olmağa üstünlük verdiyi üçün onları beynəlxalq mətbəxdən fərqli yeməklər təqdim edən restorana apara bilərsiniz. Şir bürcü kişiləri iddialı və ünsiyyətcildirlər, kənardan necə göründüklərinə fikir verirlər. Buna görə saç baxım məhsulları və təraş məhsulları da yaxşı seçim ola bilər.

Şir bürcünün bürc uyğunluğu

Şir bürcü ilə ən yaxşı anlaşan bürclər

Oxatan – Şir bürcü uyğunluğu

Hər ikisi güclü, həvəsli və əyləncəli bürclərdir; macəra və azadlığı sevirlər, həyatla doludurlar. Hər ikisi yüksək cinsi potensiala malikdir; Onlar sevişməyi bir-biri ilə əlaqə qurmaq və vaxt keçirmək üçün bir yol kimi görürlər. Onlar həyatda bir çox vacib məsələlərdə həmfikirdirlər.

Qoç – Şir bürcü uyğunluğu

Qoç və Şir bürcünün xasiyyətləri çox oxşardır. Hər ikisi ehtiraslı, enerjili və bir az eqoistdir, lakin bir-birlərinə hörmət etməyə diqqət yetirdikləri müddətcə yaxşı münasibətləri qura bilərlər. Hər ikisi də cinsəlliyi sevdiyi üçün cinsi həyatlarının münasibətlərində aralarındakı bağları gücləndirən rolu olacaq.

Əkizlər – Şir bürcü uyğunluğu

Hər ikisi həyata həvəslə və müəyyən zövqlə yanaşır. Fərqli nöqtələrdə dursalar da (Əkizlər ağlı ilə, Şir ürəyi ilə hərəkət edir), Şir bürcünün təbii istiliyi Əkizlərin sarkazmını tarazlayır, Əkizlərin əyləncəsevərliyi isə Şir bürcünün təbii şənliyinə xitab edir. Hər dəfə birlikdə olduqları zaman əla vaxt keçirirlər.

Şir bürcünün anlaşa bilmədiyi bürclər.

Oğlaq – Şir bürcü uyğunluğu

Oğlaq və Şir kimi bir birinə zidd olan bir neçə bürc var. Onlar müxtəlif dillərdə danışırlar və çox az şeydə razılaşırlar. Oğlaq bürcünün təxəyyülünün olmaması ehtiraslı, sənətkar Şir bürcünü məyus edir, Şir bürcünün impulsivliyi isə mühafizəkar Oğlaq bürcünü əsəbiləşdirir. Söhbət cinsəlliyə gəldikdə, əks nöqtələrdə olduqları üçün uyğunlaşa bilmirlər.

Buğa – Şir bürcü uyğunluğu

Bu iki bürcün pul məsələlərində çoxlu problemləri var. Buğa, qənaətcil gələcəyə hazırlaşmağı, Şir bürcü isə indiki zamanda yaşamağa və pul xərcləməyə üstünlük verir. Onlar sevgilərini nümayiş etdirmələri ilə də fərqlənirlər; Buğa, eqoist Şirin verə bilməyəcəyi bir təslimiyyət gözlədiyi halda, Şir Buğadan ehtiyac duyduğu heyranlığı ala bilmir.

Əqrəb – Şir bürcü uyğunluğu

Hər ikisi son dərəcə güclü şəxsiyyətlərə malikdir, lakin o qədər fərqlidirlər ki, bir yerdə ola bilməzlər. Şir Əqrəbin emosional intensivliyini və qısqanclıq nöbetlərini dözülməz tapacaq, Əqrəb isə Aslanın yüngülvariliyini sevməyəcək. Hər ikisi razılığa açıq olduqda birlikdə olmağa davam edə bilsələr də, ortaq dil tapmaq onlar üçün çox çətindir.

Qeyri-müəyyənlər

Şir – Şir bürcünün uyğunluğu

İki Şir bir çox cəhətdən möhtəşəm ola bilərlər. Əgər onlar tərif və heyranlıqla yanaşı verməyi də öyrənə bilsələr, bu, çox əyləncəli və sevgi dolu bir birlik ola bilər. Cinsi baxımdan da çox ahəngdar bir birlik olacaq. Ancaq “həmişə mən” münasibətinin münasibətləri ələ keçirməsinə icazə versələr, münasibətləri gurultulu və çəkişməli hakimiyyət mübarizəsinə çevrilə bilər.

Dolça – Şir bürcü uyğunluğu

Hər ikisinin böyük arzuları var və həyatdan böyük şeylər gözləyir. Lakin onların məsələlərə yanaşmaları tamamilə fərqlidir. Səmimi, insanpərvər Dolçalar Şirin eqosentrik rəftarlarını bəyənməyəcəklər. Diqqət mərkəzində olmağı sevən Şir bürcünün Dolça bürcünün zaman-zaman geri çəkilmə meyli də xoşuna gəlməyəcək. Yenə də, əgər barışmağa meyllidirlərsə, fərqlərini də həll edə bilərlər.

Şir bürcü üçün uyğun peşələr

Şirlər son dərəcə enerjili və çox vaxt məşğul insanlardır. Həvəsli, yaradıcı və optimist insanlar olan Şirlər, işlərinə sadiq olduqları zaman hər şeyi edəcəklər. Onlar üçün ən yaxşı seçim özlərinin müdürü olmaqdır. “Şirlər peşəkar idmanç, model, memar, otel meneceri, siyasətçi, animator, bələdçi, reklamçı, aktyor, birja brokerləri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, təşkilatçı, cərrah, direktor ola bilərlər.”

Şir Bürcünün Məşhurları

  • Madonna,
  • Cennifer Lopez,
  • C. K. Roulinq.
  • Kayli Cenner,
  • Barak Obama,
  • Demi Lovato,
  • Robert De Niro,
  • Cennifer Lourens,
  • Deniel Redkliff,
  • Arnold Şvartsenegger,
  • Vitni Hyuston,
  • Şarliz Teron,
  • Bill Klinton,
  • Oldos Haksli,
  • Koko Şanel

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir