Xronik baş ağrılarının formaları

Baş ağrısı nədir.

Baş ağrıları ən çox rast gəlinən ağrılardan biridir. Baş ağrısı dedikdə başda olan ağrılarla adi başağrısını ayırmaq lazımdır. Başda olan ağrılara sinusitlər, göz,qulaq ,travmatik və s.ağrılar aiddir. Bu zaman başda müxtəlif patoloji hallar yəni xəstəlik əlamətləri meydana gəlir.Əyər xəstədə ağrılardan əlavə başqa əlamətlər də varsa məsələn yerişin nitqin görmənin udmanın pozulmaları  bu xəstəliyin ağır formasından xəbər verir ki bu halda mütləq təcili xəstəxanaya müraciət etmək lazımdır. Adi başağrısında isə başda heç bir patoloji hal yaranmır.Günün müxtəlif vaxtlarında rast gəlinən lakin insana əziyyət verən daimi olaraq təkrarlanan başağrıları bu qəbildəndir. Başağrılarının müxtəlif növ formaları olur.
. Ən çox rast gəlinən formaları bunlardır: Birtərəfli (gicgah) ağrıları buna miqren ağrıları da deyirlər. Yayılmış ağrılar. Bu ağrılar zamanı başda sıxılma başgicəllənmə sanki hava ilə dolma hissinin olması kimi hallar yaranır.Gözə təsir edən ağrılar.Bu ağrılar zamanı isə ağrı sanki alın nahiyəsinə toplaşaraq birbaşa gözdə kəskin ağrıların yaramasına səbəb olur. Ənsə nahiyəsində yerləşən ağrılar.  Bu ağrılar əsasən qulaqlara çənələrə boynun yanlarına dişlərə  irradiasya edir. Ürək vurmaları kimi pulsasiya edici ağrılar. Arterial təzyiqin düşməsi və ya qalxması ilə müşayiət olunan ağrılar da bu qbildəndi.

Baş ağrısı necə keçər?

Xəstələr çox hallarda həkimə getmədən aptekdən dərman alıb içməyi üstün tuturlar. Ancaq nəzərə almırlar ki hər növ baş ağrısının konkret səbəbləri vardır. Yadda saxlamaq lazımdır ki ən yaxşı müalicə etioloji müalicədir yəni ki düzgün diaqnoz düzgün müalicə deməkdir. Düzgün diaqnoz əslində müalicənin 50%-ini təşkil edir. Həkimə getmədən əvvəl xəstə özü üçün ayırd etməlidirki başağrısı günün hansı vaxtlarında olur. Qida qəbulundan əvvəl ya sonra olur. Psixoloji durumun təsiri varmı və s. Bəzi xəstədə baş ağrıları yeməkdə əvvəl bəzilərin də yeməkdən sonra olur. Başqalarında isə səbəbsiz də başlaya bilir. Fiziki işlə məşğul olanlarda da bəzən başağrıları ola bilir.
Bu tip başağrıları əslində simptomatik baş ağrısıdır ki etioloji müalicə nəticəsində keçib gedirlər. Uzun müddət ağrıkəsicidən istifadə etməkdənsə həkimə müraciət edib etioloji müalicə almaq daha faydalıdır.
Bu zaman diaqnozun düzgün qoyulması üçün köməyə ilk çatan xəstənin nəbzidir. Axı nəbz xəstənin sağlamlıq vəziyyətini göstərənlərin ən etibarlısıdır.
Baş ağrısından əziyyət çəkirsinizsə bizə müraciər edə bilərsiniz. Unikal əvəzi olmayan nəbz diaqnostikası ilə Sizə xidmət etməyə daim hazırıq.

 

 

 

Dr. Mikayıl Əliyev

tel: +994 55 882 51 18

e-mail: [email protected]

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir