Od Çərşənbəsi Təbrik Mesajları Statusları Şəkilləri

Od Çərşənbəsi Təbrik Mesajları, Şəkilləri, Sözləri, Statusları, Od Çərşənbəsi Təbrikləri, Çərşənbəyə Aid şəkillər, Od Çərşənşənbəsi Haqqında, Od Çərşənbəniz Mübarək

Boz Ayda qeyd edilən ikinci çərşənbə Od Çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından gəlir. Adət-ənənəyə görə, bü gün tonqal qalayıb, alovun üstündən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Bayramda insanlar bir-birlərinə mesajlar göndərmək üçün axtarışlar edirlər. Bizdə sizlər üçün Ən gözəl Od Çərşənbəsi Təbrik Mesajları, Şəkilləri, Sözlərini bir araya topladıq. Novruz Ətirli Od Çərşənbənizi Mübarək Olsun

  • Hər birinizi Od Çərşənbəsi münasibətiylə təbrik edirəm. Eviniz ruzili və bərəkətli, İşığınız hər zaman yanar olsun!
  • Od çərşənbəniz mübarək olsun. Süfrələriniz bol-bərəkətli, ocaqlarınız hər zaman yanar olsun. Yaz öz gəlişiylə evlərə sevinc, hüzur dolu xoşbəxtlik gətirsin. Çərşənbəniz Mübarək Olsun!
Hər birinizi Od Çərşənbəsi münasibətiylə təbrik edirəm
  • Xoş gəldin bahar. Hər birinizin od çərşənbənizi təbrik edirəm. Eviniz ruzili, ocağınız isti və bərəkətli olsun. Hamınıza hüzur və sevinc versin. Süfrənizi ruzi qəlbinizi ən xoş hislərlə doldursun. Sağlamlığınız möhkəm, Arzularınız sonsuz, ümidləriniz gerçək olsun.
  • Od Çərşənbəniz Mübarək olsun. Dərd, qəm-qüssəniz odda yansın. Gözəl günlər sizlərin olsun Amin.
Od Çərşənbəniz Mübarək olsun.
  • Qəlbiniz od qədər isti, ocağınız hər zaman gur olsun. Od Çərşənbəniz Mübarək Olsun.
  • Od yansın, Yel Əssin, Torpaq Oynasın, Su qışı aparsın yazı gətirsin. Milli nemətimiz paxlava, qoğal qoy bizim ellərə ruzi gətirsin. Od Çərşənbəniz Mübarək!
çərşənbəniz mübarək təbrikləri
  • Evimiz isti, odumuz, ocağımız hər zaman yanar, süfrələrimiz bol bərəkətli, ömrümüz yaz günləri kimi rəngarəng olsun. Od Çərşənbəmiz Mübarək Olsun!
  • Üzümüz təbəssümlü, Yaz günəşi kimi işıq saçsın. Həyatımızda hüzur, dəyərlilərimiz əskik olmasın Amin. Od Çərşənbəniz Mübarək!

  • Tonqalınız gur, ocağınız ruzi-bərəkətli, hənirtisi isə bol olsun. Od Çərşənbəniz Mübarək Olsun!
Od Çərşənbəsi Təbrik Mesajları Statusları Şəkilləri
  • Od Çərşənbəsinin süfrənizə ruzi, qəlbinizə isə xoş hisslər doldurmasını arzu edirəm. Çərşənbəniz Mübarək!
  • Od Çərşənbəniz Mübarək Olsun. Neçə Belə Gözəl Çərşənbələrə.
  • Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun. Od Çərşənbəniz Mübarək.
  • Od Çərşənbəniz Mübarək Olsun! Bayram elçilərindən ikincisi olan od çərşənbəsi hər bir evə ruzi-bərəkət gətirsin.
  • Baharın gəlişi ilə bütün ürəklər alovlansın. Od çərşənbəniz mübarək!
  • Evimizi, dünyamızı isidən, yolumuza işıq saçan Od Çərşənbəmiz mübarək olsun.
  • Çərşənbəniz mübarək. Allah hər birimizin ailəsinə ruzi-bərəkət, halal nemət, can sağlığı, sevinc, xoşbəxtlik nəsib etsin. Kədərdən, qüssədən uzaq olaq İnşAllah.
  • Baharın, yeni həyatın, istiliyin gəlişinin simvolu olan Od Çərşənbəniz Mübarək!
  • Ailə ocağınızdan hər zaman sevinc səsləri yüksəlsin! Od çərşənbəniz mübarək!
  • Baharın gəlişindən xəbər verən, el arasında “Xəbərçi Çərşənbə” adlandırılan Od çərşənbəniz mübarək!

Həmçinin bax: Su Çərşənbəsi Təbrikləri

Həmçinin bax: Yel Çərşənbəsi Təbrikləri

Həmçinin bax: Torpaq Çərşənbəsi Təbrikləri

Həmçinin bax: Novruz Bayramı Təbrikləri

One comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir