Torpaq Çərşənbəsi Təbrikləri, Mesajları, Statusları, Şəkilləri, Sözləri
Torpaq Çərşənşənbəsi Haqqında Qısa Məlumat
Torpaq Çərşənbəsi – Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında Yer çərşənbəsi, İlaxır çəşənbə və ya Torpaq çərşənbəsi adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların qıtlıqdan əziyyət çəkdikləri bu gündə Su, Od və YelTorpaq xatunun yeraltı məbədinə qonaq gəlib burada yatmış torpağı oyadırlar. Bu çərşənbədə gün çıxmamış su üstündən atlanarlar. Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlayarlar. Axır çərşənbədə evdən pul verməzlər. Torpaq çəşənbəsində qonşuya ələk vermək olmaz. Həmin Gün borc un verməzlər. Axır Çərşənbə günü vəfat etmiş yaxınları yada salarlar.
Torpaq çəşənbəsi olduğu üçün artıq xalq əkinə başlamalı olur. Digər çərşənbələr sayılan su, od, yel öz işlərini bitirmiş sayılırlar. Torpaq isə deyir: Səndən hərəkət, məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir. Torpaq çərşənbəsi günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün yenə də tonqallar qalanır və hamı onun ətrafında yığılaraq onun istisində qızınmağa çalışır…
Torpaq Çərşənbəsi Təbrik Mesajları, Şəkilləri, Sözləri, Statusları, Torpaq Çərşənbəsi Təbrikləri, Çərşənbəyə Aid şəkillər, ilaxir cersenbeniz mubarek!
Torpaq Çərşənbəniz Mübarək! Bu Bahar gəlişi ilə evlərinizə bol ruzi-bərəkət, sevinc və xoşbəxtlik gətirsin…
Torpaq Çərşənbəniz Mübarək Olsun. Neçə Belə Gözəl Çərşənbələrə.
Torpağınız bərəkətli barınız bol olsun. Süfrələriniz gözəl nemətlərlə dolsun daşsın. Torpaq Çərşənbəniz Mübarək Olsun!
Torpaq Çərşənbəsi ilə təbiət canlanır. Həyatınız təbiət qədər şux və canlı olsun! Torpaq Çərşənbəniz Mübarək
Evinizdən, ailənizdən sevinc əskik olmasın. Süfrələriniz bol nemətlə dolsun daşsın. Torpaq Çərşənbəniz Mübarək Olsun!
Qoy Torpaq Çərşənbəsi hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin.
Torpaq Çərşənbəsi özü kimi bərəkət və bolluğu evinizə gətirsin. Torpaq Çərşənbəniz Mübarək!
Bu gün ilin axır çərşənbəsi – Torpaq Çərşənbəsidir! Torpağınız barlı- bərəkətli, süfrəniz bol ruzili, üzünüz daim gülər olsun! Qoy bu Novruz xalqımıza səadət və bəxtiyarlıq, ölkəmizə əmin-amanlıq gətirsin! Sizə su saflığı, yel azadlığı, od qüvvəti, torpaq bərəkəti arzulayıram. Torpaq Çərşənbəniz Mübarək Olsun!
İlin axır çərşənbəsi olan Torpaq Çərşənbəsi munasibətilə xalqımızı təbrik edirəm! Həyatınız daim ruzi və bərəkət içində olsun.
Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oynanır, torpaq nəfəs alır. İlaxır çərşənbəniz mübarək olsun!