Su Çərşənbəsi Təbrik Mesajları, Şəkilləri, Sözləri, Statusları, İlk Çərşənbə Təbrikləri, Çərşənbəyə Aid şəkillər, Su Çərşənşənbəsi Haqqında, Su Çərşənbəniz Mübarək
Su ÇərşənbəsiNovuruzun ilk müjdəçisidir. El arasında Əzəl çərşənbə, Gözəl Çərşənbə, Sular Novruzuda deyilir. İnama Görə həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər əl-üzünü yuyar, bir-birinin üzünə su çiliyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə həmin gün su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söylüyürlər ki su çərşənbəsi günü bulaqların şəfasıda artar. Elə buna görə də ta qədimlərdən insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında, su haqqında onun gözəlliyini, qütrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin sayı hesabı yoxdur.
Çərşənbə bayramınızı təbrik edirəm. Neçə belə bayramlara çıxasınız. Sizlərə bu bayramda ruzili, bərəkətli və sağlam həyat arzulayıram. Su Çərşənbəniz Mübarək
Su Çərşənbənizi Təbrik Edirəm. Sizlərə uzun ömür can sağlığı arzu edirəm. Bütün arzularınızın həyata keçməsini arzu edirəm.
Od yansın, Yel Əssin, Torpaq Oynasın, Su qışı aparsın yazı gətirsin. Milli nemətimiz paxlava, qoğal qoy bizim ellərə ruzi gətirsin. Su Çərşənbəniz Mübarək!
Ömrünüz Su kimi təmiz, saf və uzun olsun. Su Çərşənbəniz Mübarək
Su Çərşənbəniz Mübarək Olsun. Neçə Belə Gözəl Çərşənbələrə.
Su kimi əvəzolunmaz olasınız ! Su Çərşənbəniz Mübarək!
Yolunuz Su kimi aydın, Arzularınız su kimi saf olsun. Su Çərşənbəniz Mübarək
Su Çərşənbəniz Mübarək. İlk Çərşənbə xoş xəbərlərin, bol ruzinin müjdəçisi olsun.
Su olan yerdə dirilik olar. Dörd çərşənbənin ilki olan su çərşənbəniz mübarək
Su kimi əvəzolunmaz olasınız. Su kimi aydın, gözəl həyatınız olsun. Su Çərşənbəniz Mübarək
Susuz nə ağac nə torpaq olar! İlk Çərşənbəniz Mübarək
Bu gün Novruzun ilk müjdəçisi – Su Çərşənbəsidir. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Birinci Çərşənbəniz Mübarək
Bextiniz su kimi saf, Ömrünüz su qədər uzun olsun. Su Çərşənbəniz Mübarək Olsun
Süfrəniz ruzili, bərəkətli canınız sağlam olsun. Su Çərşənbəniz Mübarək Olsun